Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türk ordusunun itkileri arta biler” – XƏBƏRDARLIQ

29 Ağustos 2016

10:20 am


29/08/2016 [14:19]: xeber –
Suriya ərazisində apardığı anti-İŞİD əməliyyatları çərçivəsində türk
ordusunun bir tank, bir hərbçi itirməsi həm Türkiyə, həm də Azərbaycanda təəssüf
və narahatlıqla qarşılanıb. Əməliyyatların yeni başladığını nəzərə alsaq, qarşıdakı
günlərdə türk ordusunun itkilərinin arta biləcəyi ehtimalı var ki, bu da Türkiyə
üçün arzuedilən deyil.

Maraqlıdır, Türkiyə ordusunun yeni və daha ağır itkilərlə üzləşməsi
mümkündürmü? Türk hərb maşını Suriyada ciddi problemlrə üz-üzə qala bilərmi?

sayt-a açıqlama verən konfiliktoloq Elxan Mehdiyev  itkilərin artmasının mümkünlüyünə diqqət çəkdi:

“Türkiyə Suriyada məhdud bir dairədə əməliyyat aparır. Amma bu da bir
həqiqətdir ki, həmin ərazidə Türkiyəyə qarşı təşkil edilən düşmən qüvvələr var
ki, bu da bəlli bir müddətdir ki, o ərazilərə nəzarət edən PYD qüvvələridir. Əgər
türk ordusu və siyasi rəhbərliyi PYD ilə danışıqlar aparacaqsa, o zaman yəqin
ki, böyük hərbi qarşıdurma yaşanmayacaq. Əgər belə bir danışıq yoxdursa, o
zaman PYD qüvvələri həmin ərazilərdə nəzarəti əldə saxlamağa çalışacaqlar.
Unutmaq olmaz ki, PYD-nin təlim keçmiş qüvvələri var və onlara xaricdən dəvət
edilən məsləhətçilər də kömək edir. Əgər Türkiyə PYD ilə qarşıdurmaya gedərsə, əlbəttə
ki, bu, onun itkilərini artacaq. PYD qüvvələri nizami qüvvələr deyil və daha
çox partizansayağı mübarizə aparan qeyri-nizami hissələrdir. Təbii ki, türk
ordusu istənilən halda həmin əraziləri nəzarətə götürəcək. Lakin bu, ona müəyyən
itkilər bahasına başa gələcək”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler