Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türk ordu generalını bele esir götürdüler

27 Temmuz 2016

8:12 am


27/07/2016 [12:11]: xeber –
Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Saleh Zəki Çolaq ifadəsində 15 iyul hərbi çevrilişə cəhd zamanı qiyamçıların onu əsir götürməsindən danışıb. sayt Axar.az-a istinadən xəbər verir ki, Saleh Zəki çox sakit şəkildə Baş Qərargaha çağırıldığını və orada tələyə düşdüyünü deyib. General əsgərlərin onunla sərt davrandığını bildirib: “Baş Qərargah rəisimiz Hulusi Akara zəng edəndə polkovnik-leytenant Ləvənd Türkqan telefonu açıb mənə çox sakit səslə “Komandan, rəisimiz sizi qərargahda gözləyir, gəlin”, – dedi. Biz qərargaha girəndə atışma davam edirdi. Əvvəlcə elə bildim, qərargaha hücum edirlər, içəridəki əsgərlər də oranı qoruyur. Ancaq birdən əli silahlı əsgərlər hücum çəkib bizi yerə uzatdılar, əllərimizi, ayaqlarımızı qandalladılar. Sonra ikinci Baş Qərargah rəisi Yaşar Gülərin otağına saldılar. Kobud hərəkətlə başımıza torba keçirdilər. Tez-tez ağzımızı tuturdular ki, bir-birimizlə danışmayaq”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler