Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türk mafiyasının efsanevi lideri xestexanaya düşdü

19 Ağustos 2016

2:32 pm


19/08/2016 [18:30]: xeber –
Türk mafiyasının əsas liderlərindən biri olan Əlaəddin Çakıcı həbsxana xəstəxanasına köçürülüb. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çakıcı 30 hərbi polisin müşayiəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanada onun mühafizəsi üçün 500 nəfər təyin edilib. Çakıcı xəstəxanaya gələrkən əhali onu alqışlamaq istəsə də, Çakıcı buna izn verməyib. O, “alqışlamaq olmaz” deyərək, xəstəxanaya daxil olub. Qeyd edək ki, bir müddət öncə Çakıcının əfv olunacağı haqqında xəbərlər yayılsa da, sonradan bu təsdiqlənməyib. Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib. Bəzi iddialara görə, “Qurdlar Vadisi” serialının əsas pesonajlarından biri olan Süleyman Çakır obrazı Əlaəddin Çakıcının prototipidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler