Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türk esilli deputat Netanyahunu pert eledi- VİDEO

07 Eylül 2016

4:52 pm


07/09/2016 [20:46]: xeber –
sayt xəbər verir ki, Hollandiyaya 2 günlük səfər proqramı çərçivəsində parlament binasına gələn İzrail Baş naziri Netanyahu Türkəsilli deputat Tunahan Kuzu tərəfindən etirazla qarşılanıb.Fələstin döş nişanı taxan deputat, Netanyahunun əlini havada qoyub.Hollandiyada Denk partiyasından millət vəkili seçilən Türkəsilli deputat Tunahan Kuzu İzrail ordusunun Fələstinə hücumlarına etirazını Netanyahu ilə salamlaşmaqdan imtina edərək cavab verib.Netanyahu deputatın etirazını təəccüblə qarşılayıb.Netanyahunun mətbuat katibi Ofis Qendelman, Hollandiyada Netanyahuya qarşı nümayişlər və İzrail Baş nazirinin müharibə cinayətlərinə görə cəzalandırılması çağırışları barədə şərh verməkdən imtina edib.Xatırladaq ki, Hollandiyanın keçmiş Baş naziri Dries Van Aqt, tvitter hesabından etdiyi açıqlamada, Netanyahunun fələstinlilərə qarşı işlədiyi müharibə cinayətlərinə görə cəzalandırılmalı olduğunu, Fələstin torpaqlarında yəhudi yaşayış yerlərinin salınmasının beynəlxalq hüquq pozuntusu olduğunu qeyd etmişdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler