Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türk esgeri yalnız Türkiyenin deyil, her bir türk sevdalısının şerefidir”

18 Temmuz 2016

10:00 pm


19/07/2016 [01:57]: xeber –
Keçmiş təcrübələri araşdırmadan, sadəcə 15 iyul hərbi çevriliş cəhdində iştirak etdiyi ehtimal olunan əsgər və zabitlərə qarşı yol verilən üzücü hərəkətləri izləyərək emosional şəkildə hadisələri şərh edən dostlarımız təəssüf ki, bir çox hallarda vətəndaşlardakı aqresiyanın səbəbini əsaslı şəkildə təhlil etməyə ehtiyac görmürlər. Türk əsgəri yalnız Türkiyənin deyil, hər bir türk sevdalısının qüruru, şərəfidir. Bir qrup xarici sifariş icraçısının (dini, terrorist, ideoloji və s. mahiyyətli olmasından asılı olmayaraq) ordu adına etdiyi yalnış hərəkət, xəyanətkarlıq heç kimə qəhrəman Türk əsgərinin qürurunu aşağılamağa haqq vermir.Ancaq Türkiyənin öz təbirlərincə desək son 60 ildəki “darbe”lərin tarixinə qısa ekskursiya etməsək vətəndaşların niyə canlarını tankların qarşısında sipər etdiyini bütün mahiyyəti ilə anlamış olmayacağıq. Ona görə mövzuya münasibət bildirməyi vacib saydım.Cumhuriyyət üsul-idarəsi bərqərar olandan indiyədək Türkiyədə hərbçilərin dövlət siyasətinə, idarəetməsinə müdaxiləsi sonuncu istisna olmaqla həmişə “uğurla” nəticələnib. 27 may 1960-cı ildə prezident Cəlal Bayar və baş nazir, Demokrat Partiyasının rəhbəri Adnan Menderes hərbi çevrilişlə devrilib. Adnan Menderes və yaxın silahdaşları edam olunur. Çevrilişçilərin lideri Camal Gürsel az sonra prezident seçilir və 1960-66-cı illərdə bu vəzifəni icra edir.1971-ci ildə baş nazir, Ədalət partiyasınını sədri Süleyman Dəmirəlin başçılıq etdiyi hökumət də hərbçilər tərəfindən devrilir. 12 sentyabr 1980-ci ildə müxtəlif siyasi, ideoloji cinahlar arasında davam edən düşmənçilikdən istifadə edən general Kenan Evren başda olmaqla hərbiçilər hakimiyyət çevrilişi edir və əksər azadlıqları məhdudlaşdırır. 50-yə yaxın adam edam olunur, on minlərlə insan həbs edilir, işgəncələrə məruz qalır. Yüzlərlə insan həbsdə vəfat edir. 1997-ci ildə baş nazir Nəcməddin Ərbakan iqtidarı da hərbiçilərin “posmodernist inqilab” adlandırılan çevrilişi nəticəsində devrilir.Bunları qısa olaraq yazmaqda məqsədim odur ki, ən azı 27 may 1960 və 12 sentyabr 1980-ci il hərbi çevrilişlərinin planlaşdırılması, həyata keçirilməsi proseslərindən və nəticələrindən xəbəri olanlar bilir ki, sonda heç də yumşaq şəkildə desək ürəkaçan mənzərə yaranmayıb. Türkiyədə sonuncu Kənan Evren çevrilişindən sonra günahsız yerə həyatının ən mənalı illərini həbsxanalarda keçirən, yaxınları günahsız yerə öldürülən insanların xatirələrini dinlədikcə adamı dəhşət bürüyür. Günahsız yerə 10 il işgəncələr altında həbsxanada yatmaq, yalnız siyasi görüşünə görə gənc yaşlarında edam olunmaq həmin toplumun təhtəlşüurunda çox dərin izlər, zədələr buraxır. Razılaşarsınız ki, 22 yaşındakı ülkücü gənc Mustafa Pehlivanoğlunun ailəsinə yazdığı sondərəcə ürəkağrıdıcı məktubunu soyuqqanlılıqla oxumaq çox çətindir.Bu cəhətdən nəinki AKP eloktoratının, hətda hazırki Türkiyə hakimiyyətinə müxalif olan siyasi qüvvələrində hərbi çevriliş cəhdini birmənalı şəkildə pisləməsini normal qarşılamaq lazımdır. Kənan Evrənlə bağlı çoxlarımızın bildiyi bir məsələni bir daha xatırlamaq istəyirəm. 12 sentyabr çevrilişi haqqında danışarkən K. Evren şəstlə deyirmiş ki, “Ben sağ ve sol ayrımı yapmadım… Bir tane sağdan bir tane soldan astık”… Məncə yalnız bu cümlə hərbi çevrilişlərin hansı bəlalara gətirib çıxardığını doğru şəkildə ifadə edir.Belə “ədalət”li bölgülərdən nəsibini almış insanların, onların övladlarının, nəvələrinin, yaxınlarının “darbe” adını eşidən kimi küçələrə tökülüb, əlisilahlı əsgərlərin üzərinə yeriməsini tamamilə normal və məntiqli qarşılamaq lazımdır. P.S. Yaranmış xaosdan istifadə edərək Türk ordusuna olan nifrətini bütün vəhşilikləri ilə həyata keçirmək fürsəti qazananlar istisnadır və onlar ədalət mühakiməsindən kənarda qalmamalıdırlar.Elməddin BehbudPrezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat xidmətinin rəhbəri, “Demokratik Azərbaycan Naminə” Ictimai Birliyinin sədri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler