Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türk dünyası Qarabağın işğalına son vermelidir…”

07 Ekim 2016

2:08 pm


07/10/2016 [18:07]: xeber –
“Ergenekon” və “Balyoz” cinayətlərində ittiham olunaraq ömürlük həbsə məhkum edilən və 3,5 il həbsdə qalan Cumhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili, Böyük Millət Məclisinin Milli Müdafiə komissiyasının üzvü, Baş Qərargahın sabiq şöbə müdiri, istefada olan polkovnik Dursun Çiçəklə müsahibəmizi təqdim edirik.-Dursun bəy, FETO-dan əziyyət çəkən şəxs kimi onlara qarşı əməliyyatları necə qiymətləndirirsiniz?  – Onu qeyd edim ki, FETO-ya yardım edənlər və ya dəstəkləyənlər səsini dinləyəcək və etiraflarını davam edəcəklər. Türkiyə bu proses aşmalı idi. Türkiyə ciddi strateji təhlükə qarşısında dayanmışdı. Biz bunu bir zamanlar deyirdik. Hadisələr bizim doğru olduğumuzu göstərdi. İndi hadisələri diqqətlə izləyirik. -Rəsmi Bakı FETO-çulara qarşı ciddi addım atır. Bu addımlar Türkiyədən necə görünür? -Azərbaycanın FETO ilə bağlı mövqeyini dəstəkləyirik. Azərbaycan bir millət, iki dövlət prinsipinə uyğun olaraq addım atdı. Prezident İlham Əliyevin Türkiyədə baş verənlərlə bağlı mövqeyi bizi məmnun etdi. Hesab edirəm ki, bu, iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsinə səbəb olacaq.  -Bir hərbçi kimi Qarabağ məsələsinin həlli ilə bağlı fikirləriniz maraqlı olardı…  – Qarabağ Azərbaycanın torpağıdır. Qanunsuz olaraq işğal olunub. Ermənistan Qarabağdan çıxmalıdır. Üstəlik Qarabağ qədim Türk yurdudur. Tarixi gerçəklik bunu deyir. İnanıram ki, bunu sonucda dünyaya qəbul etdirəcəyik. Çünki hüquq və haqq Azərbaycanın xeyrinədir. Türk dünyası bu işğala son qoymaq üçün öz gücünü birləşdirməli və birgə addım atmalıdır.(xeber365.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler