Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türk Dünyası genc yazarları növbeti Bakı toplantısında görüşecek

09 Temmuz 2016

11:24 am


09/07/2016 [15:23]: xeber –
İyulun 10-14-ü çərçivsində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının donorluğu ilə həyata keçirdiyi “Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və BAKI TOPLANTISININ KEÇİRİLMƏSİ” adlı 5 aylıq layihə çərçivəsində tədbirlərə start veriləcək. Layihə çərçivəsində Bakıda silsilə tədbirlər (10-14(15) iyul 2016-cı il) düzənlənəcək.Tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Başqurdistandan, habelə Təbrizdən və “Türk Dünyasının 2016-cı il Mədəniyyət Paytaxtı” Şəkidən, “Avropanın 2016-cı il Gənclər Paytaxtı” Gəncədən, “Azərbaycanın 2016-cı il Gənclər Paytaxtı” Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar, paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək. Türk dünyası ədəbiyyatının bir qrup gənc nümayəndəsinin Atatürk Mərkəzinin müdiri, AMEAnın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AYB sədri, Xalq yazıçısı ANAR, AMEA Ədəbiyyat İnstitutunun direktoru, AMEAnın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili dos.dr. Hikmət Babaoğlu, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, dr. Azay Quliyev, millət vəkili, dr. Cavanşir Feyziyevlə, həmçinin “Kaspi” qəzetinin redaksiya heyəti ilə görüşləri nəzərdə tutulur.İyulun 11-də Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarətlə başlayacaq tədbirlər, saat 14.20-də Azərbaycan Yazıçılar Birliyinin “NATAVAN Klubu”nda III BAKI TOPLANTISInın açılış törəni və qonaqyazarların öz ölkələrindəki ədəbi durum, ədəbi işbirliyi imkanları haqqında bilgi verməsi ilə davam edəcəkdir. Müzakirələr saat 17.00-da Azərbaycanda Atatürk Mərkəzində davam edəcək. 12 iyulda (14.30-dan…) Yunus Əmrə İnstitutu Bakı Kültür Mərkəzində ədəbi müzakirələr (Mövzu: “Türk Dünyası ədəbiyyatı: dünən, bugün, sabah…”) keçiriləcək (Ünvan: Nəsimi r., R.Behbudov küçəsi -142). 13 iyul, saat 17.00 –19.30 aralığında isə “Türk Dünyası Gənc Şairlərinin Şeir Axşamı” (AMEA Mərkəzi Elmi Kitabxanasında (IV qat, Böyük Zal) düzənlənəcək.Hörmətlə DGTYB mətbuat xidməti




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler