Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Turistler Bakının neyini beyenir? — SORĞU

15 Temmuz 2016

6:12 am


15/07/2016 [10:09]: xeber –
Cari ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ASAN könüllüləri ilə birgə Bakı şəhərində turistlərin daha çox olduğu İçərişəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində qısa sosioloji sorğu keçirilib.sayt nazirliyin saytına istinadən xəbər verir ki, sorğuda 3 saat müddətində 247 nəfər turist iştirak edib və təqdim edilmiş suallar müvafiq qaydada cavablandırılıb.Sorğuda iştirak edən 247 respondentdən 19%-i Rusiyanın, 16%-i BƏƏ-nin, 10,5%-i Türkiyənin, 9%-i İraqın, 8%-i İranın, 6,5%-i Ukraynanın, 4,5%-i Böyük Britaniyanın, 26,5%-i isə digər ölkələrin payına düşür.Həmçinin turistlərin 55%-nin birinci dəfə, 45%-nin isə artıq bir neçə dəfə Azərbaycana səfər etdiyi vurğulanıb.“Azərbaycanda nəyi bəyəndiniz” sualına turistlərin 39%-i Azərbaycan mətbəxini, 28%-i hər şeyi, 21%-i İçərişəhəri, Qız qalasını, Fəvvarələr meydanını, Dənizkənarı Bulvarı, 7%-i isə müasir arxitekturanı bəyəndiyini bildirib.Ölkəmizdəki turistlərə verilən “nəyi bəyənmədiniz” sualına isə cavab olaraq turistlər qiymətlərin baha olmasını, ictimai nəqliyyatın rahat olmamasını, internet sürətinin zəif olmasını, ümumilikdə əhalinin, xüsusən də taksi sürücülərinin ingilis dilində zəif bilməsini qeyd edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler