Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tülküler ermenilerle qonşuluq edir…- FOTO

20 Haziran 2016

1:04 pm


20/06/2016 [17:03]: xeber –
Ermənistanın ikinci böyük şəhərini tülkülər zəbt edib. sayt erməni mediasına istinadla xəbər verir ki, Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrü şəhərinin Qabardinskaya küçəsi, 24 ünvanındakı evi sözün əsl mənasında tülkü basıb. Havaların şıltaq keçməsi ilə bağlı şəhərdə cürbəcür heyvanların, o cümlədən ilan və koramalların artması, hətta küçələrdə canavarların görünməsi artıq sakinləri təəccübləndirmir. Lakin  ikimərtəbəli evin dam və qarajları üzərində tülkülərin bu dərəcədə toplanması böyük maraq doğurub. Onlar bir-iki deyil… “Evimizin ətrafında azı, 10-13 tülkünü daim görürük. Onlar bizdən qorxmurlar. Hələ indi yağışlar artdığından  bəziləri damda gizlənib. Qalan vaxtlarda tülkülər özlərini “evlərindəki kimi” hiss edirlər”. Bu sözləri jurnalistlərə fotolar təqdim edən ev sakinlərindən biri, Sona Yeguzaryan deyir. “Onların balaları bir-biri ilə oynaşır, mırıldaşır, müxtəlif pozalar göstərilər. Tülkülər bizi  narahat etmir, öyrəşmişik. Ancaq əvvəllər belə hadisəyə rastamamışıq…”P.S. Əslində, burada təəccüblü bir şey yoxdur. Tülkü ermənilərin totemidir. Tülkülük onların xislətindədir. Bunu son proseslər də sübut edir. Türklərin totemi bozqurd olduğu kimi, ermənilərin də  qədim sitayiş obyekti tülküdür.  Təsadüfi deyil ki, Əkrəm Əylislinin erməniləri vəsf edən məşhur “Daş yuxular” romanının da baş qəhrəmanlarından biri tülküdür. Müəllif öz erməni baş qəhrəmanının timsalında tez-tez xəyalən bir  qara tülkünün dalınca gedir. Və əsərin  sonunda, nəhayət, Eçmiədzin kilsəsindəki qara paltarlı keşişlərin yanına gəlib çıxır…      Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler