Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Trumpdan axmaq zarafat: “Ne qeder xeste olduğunuz vecime deyil!”

07 Ekim 2016

6:08 am


07/10/2016 [10:06]: xeber –
sayt xəbər verir ki, seçkiyə bir aydan bir az çox bir müddət qalmış ABŞ-lı ölümcül xəstələrə səslənən Trump “Nə qədər xəstə olduğunuz vecimə deyil. Noyabrın 8-nə qədər dayanın və gedib səs verin” deyə bildirib.ABŞ-da prezidentlik üçün yarışan Donald Trump, ölüm yatağındakı seçicilərin belə 8 noyabrda ona səs verməsini istəyib və “Nə qədər xəstə olduğunuz vecimə deyil. 8-nə qədər dayanın və gedib səs verin” deyə danışıb.Respublikaçı Partiyanın prezidentliyə namizədi Donald Trump, Nevada ştatında seçki işində seçicilərinə səslənərkən yenə çox danışılacaq sözlər sərf edib.Trump, Henderson şəhərindəki seçki mitinqində hər kəsin səs istifadə əhəmiyyətinə toxunarkən, ölüm yatağında olan xəstələ belə 8 noyabrda keçiriləcək seçkilərdə səs verməsi  lazım olduğunu ifadə edib. Trump, belə danışıb:”Nə qədər xəstə olduğunuz vecimə deyil. Həkimdən yeni gəlmiş olmanız, sizə ən pis diaqnozu qoymuş olmaları, iki həftə içində öləcəyinizi  söyləmiş olmaları belə vecimə deyil. Bunların əhəmiyyəti yoxdur. 8-nə qədər dayanın və gedib səs verin. Sonra sizə tək söyləyəcəyimiz” sizi sevirik və sizi həmişə xatırlayacağıq” olacaq.”Trump, bu sözləriylə zarafat etdiyini söyləyib, ancaq eyni zamanda “ciddi olduğunu” da ifadə edib.Milyarder iş adamı Donald Trump, prezident seçkisi kampaniyasına başladığından bu yana müsəlmanların ölkəyə almamağı təklifi, xarici əleyhdarı olması tipli sözləri, Meksika sərhədinə divar hörmə planı, ölkədəki immiqrantları göndərmə tələbi kimi tez-tez  mübahisəli sözlər işlətmişdi.Trump, həmçinin Hillari Klintonun xəsətliyini ələ salıb  huşunu itirmə anını təqlid etmiş, köhnə kainat gözəlinin kilolarıyla lağ etmiş, terror təşkilatı İŞİD-in qurucusunun ABŞ prezidenti Barak Obama olduğunu iddia etmiş, zəncilərə səslənərkən “onsuz da yoxsulluq içindəsiniz, itirəcək nəyiniz var?” demiş, Meksikanın günahkarları, narkotik qaçaqmalçılarını və təcavüzçüləri ABŞ-a göndərdiyini söyləmişdi.Elşən Yəhyayev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler