Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Trump Klintonu hebsle tehdid etdi  – Canlı yayımda

10 Ekim 2016

9:12 am


10/10/2016 [13:10]: xeber –
sayt xəbər verir ki, ABŞ prezidentliyinə namizədlər Klinton ilə Trump arasında ən sərt prezidentlik mübahisəsi yaşanıb. ABŞ-da prezident seçkilərinə bir ay qalmış demokratların namizədi keçmiş xarici işlər naziri Hillari Klintonla respublikaçıların namizədi iş adamı Donald Trumpı qarşı-qarşıya gətirən canlı yayım son illərin ən sərt mübahisələrindən birinə sahnə olub.ABŞ-da 8 Noyabrda keçiriləcək 58-cu prezident seçkiləri münasibətilə Klinton ilə Trump Minnesota əyalətində Vaşinqton Universitetində ikinci dəfə canlı efirdə qarşı-qarşıya gəliblər. Olduqca sərt keçən mübahisənin əvvəlindən sonuna kimi hər mövzuda bir-birinə ağır ittihamlarla yüklənən iki namizəd 1,5 saat davam edən canlı yayımda salonda olan qonaqların yönəltdiyi və sosial mediadan göndərilən sualları cavablandırıblar.  Mübahisənin ilk hissəsinə ötən cümə günü mediada yayılan Trumpın 2005-ci ildə qadınlarla bağlı kobud ifadələrinin yer aldığı video damğasını vurub. Klinton rəqibinin qadınlar və fərqli etnikə mənsub insanlarla bağlı bir neçə dəfə oxşar ifadələr işlətdiyini və üzr istəmədiyini xatırladaraq Trumpın “alternativ bir kainatda yaşadığını” və onun “irqçi bir yalançı” olduğunu iddia edib.Buna qarşılıq verən Trump sözlərinə görə bir daha üzr istəyib, daha sonra Klintona həyat yoldaşı Bill Klintonun prezidentlik dövründə Ağ Evdə yaşanan “Monika Lewinsky qalmaqalını”xatırladıb.  Klintona elektron poçtların silinməsi hadisə üzərindən ittihamlarda olan Trump, məsələnin çox ciddi olduğunu və Klintonun açıq şəkildə cinayət törətdiyini irəli sürdü. Sədr olması halında məsələ ilə bağlı xüsusi bir hakimi verəcəyini bildirən Trump, Ağ Evdə olması halında Klintonun həbsə düşəcəyini qeyd edib.Trumpın uzun illərdir ki, vergi ödəmədiyi iddiasını bir daha təkrarlayan Klinton da “Bu günə qədər heç bir respublikaçıya prezidentliyə layiq deyil deməmişdim, amma Trump üçün deyirəm” söyləyib. Trump isə Klintonun “kürəyini Wall Street şirkətlərinə söykəmiş bir namizəd” olduğunu və böyük firmalardan əldə etdiyi haqsız dəstək kampaniyasını davam etdirdiyini deyib. ABŞ-da müsəlmanlarla bağlı bir suala görə Klinton “Bu ölkədə Corc Vaşinqtondan bəri müsəlmanlar var və onların arasında Məhəmməd Əli kimi unudulmaz nailiyyətləri olan bir çoxu yer alır”- deyərək prezidentliyi dövründə amerikalı müsəlmanların ölkədə bərabər fərdlər olaraq yaşayacaqlarına söz verib. İŞİD-lə mübarizə aparan koalisiyanın bir çox müsəlman üzvü olduğunu və bu ölkələrlə birlikdə terrorizmə qarşı mübarizə apardıqlarını vurğulayan Klinton “Trumpın müsəlmanlarla bağlı sözləri İŞİD kimi terror təşkilatlarına bir hədiyyədir və özlərinə daha çox üzv qazandırmaq üçün istifadə etdikləri bir materialdır” deyib. Klintona “Müsəlmanları ABŞ-a almayaq” sözlərini xatırladılan Trump isə xüsusilə Suriya kimi ölkələrdən ABŞ-a gələnlər üçün çox güclü təhlükəsizlik nəzarəti aparılmasının lazım olduğunu qeyd edərək “Müsəlmanlar bir şey görəndə bunu (nümayəndələrə) təslim etməlidir, etmədikləri zaman problemlər ortaya çıxır” deyə danışıb.Olduqca sərt havada keçən canlı yayımın sonunda əl görüşsələr də görüşün əvvəlində əl sıxmayan iki rəqibin bu hərəkəti Amerika ictimaiyyətində ayrı bir mübahisəyə səbəb olub.Qeyd edək ki, prezidentlik yarışında Klinton ilə Trumpı bir araya gətirəcək son proqram 19 oktyabrda  Las-veqas şəhərində Nevada Universitetində keçiriləcək.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler