Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Trampın seçilmesi ciddi ajiotajlara yol açacaq”

11 Kasım 2016

10:00 am


11/11/2016 [13:58]: xeber –
“Donald Trampın prezident seçilməsi nəinki Azərbaycanda, eləcə də Yaxın Şərqdə və dünyada siyasi atmosferi dəyişəcək”.sayt xəbər verir ki, bu, iqtisadçı ekspert Elçin Qurbanovun proqnozudur.Əməkdaşımızın “Trampın prezident seçilməsi Azərbaycana nə vəd edir” sualını cavablandıran ekspertin fikrincə, əslində seçkinin bu cür nəticələnməsi sürpriz deyildi: “Trampın prezident seçiləcəyi hələ 1997-ci ildən məlum idi. Bugünkü seçkinin nəticələri o vaxt çəkilmiş multifilmlərə belə, səhnə olmuşdu”. Siyasi hadisələrin inkişafından asılı olaraq, ABŞ-da namizədlərin xarakterinə görə olaraq irəli çəkidiyini deyən E. Qurbanov iddia edir ki, Vaşinqton bu seçkidən sonra öz ənənəvi siyasətində bəzi dəyişikliklər edəcək: “Böyük ehtimalla, ABŞ öz siyasətində Trampın xarakterinə uyğun qeyri-sabit siyasi iradə nümayiş etdirəcək. Bunu ekstrimal, sürətli və sərt nəticələrə köklənən siyasət də adlandırmaq olar . Yaxın Şərqdə başlamış hadisələrin Türkiyə və İrana daha dərin sirayət edəcəyi də gözləniləndir”. Azərbaycana təsirinə gəlincə isə, ekspert artıq ciddi ajiotajların yarandığını düşünür: “Trampın ABŞ prezidenti seçilməsi Azərbaycanda bir-sıra antimilli  qruplaşmaların keyfinə soğan doğrayıb”. O ki qaldı ABŞ dollarının  emissiyasına və Trampın doların dünya dövlətlərinə keçmiş SSRİ dövründəki qiymətlə satılacağı barədə açıqlamasına, həmsöhbətimizin fikrincə, bu, ABŞ-ın zamana uyğun maliyyə siyasətidir: “ABŞ yaxın gələcəkdə Avrasiya iqtisadi ittifaqı ideyasını söndürmək üçün belə bir addım atmağa məhkumdur. Ona görə də Rusiya ilə yaxınlaşma , dartılmış münasibətləri yumşaltma onun siyasi və iqtisadi hədəflərini zəiflətməyə xidmət etməlidir. ABŞ adətən xüsusi siyasi manevrləri seçkili reforlamar yolu ilə həyata keçirir. Doğrudur, ABŞ dollarının dominantlığını qoruyub saxlanılması üçün atacağı addım maliyyə bazarlarında ziddiyyətlər yarada bilər. Amma bu qlobal siyasi –iqtisadi maraqlar fonunda o qədər də əhəmiyyət kəsb etmir. Odur ki, D. Trampın qısa hakimiyyət dövrünün ABŞ-nın iqtisadi gücünün və siyasi nüfuzunun yüksəlməsinə xidmət edəcəyi güman olunur. Əlbəttə ki, belə bir gözlənti həm müsbət , həm də mənfi nəticələrə səbəb ola bilər. Müsbət dəyişiklik odur ki, revalvasiya baş verir, ixrac olunan əmtəə və xidmətlərin dəyəri enir, milli pulun dəyəri artır, bankarın fəaliyyəti, pul kredit siyasəti yumşalır, istehsal və istehlak kreditlərinin həcmi atır, ölkədə məcmu tələb növbəti mərhələdə isə inflyasiya üçün şərait yaradır. Mənfi tərəfi odur ki, ixracı azaldır və idxalı stimullaşdırır. Çünki deflyasiya zamanı milli valyutanın mübadilə məzənnəsi yüksəlir ki, bu da idxalçıların imkanlarını genişləndirir. Valyutanın ölkədən çıxışını sürətləndirir. İxracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etməsi deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir, əksinə investisiya imkanlarının kütləvi şəkildə xaricə yönəldilməsi məsələsini ortaya qoyur. Yerli investorlar xarici fəaliyyətə daha çox üstünlük verməli olurlar. İqtisadiyyatını xammal ixracına kökləmiş dövlətlər üçün, yumşaq ifadə etsək, “tənbəllik sindromu” yaradır. İstehsal iqtisadi cəhətdən əlverişli sayılmır, ona görə də idxal inkişaf edir. Əgər ABŞ dolları inflyasiyaya uğrayarsa, onda milli valyuta devalvasiyasız inflayasiyaya uğraya bilər.  ABŞ üçün yumşaldıcı maliyyə siyasəti qənaətbəxş nəticələr vəd etsə də,  dünyanın iqtisadi inkişaf  tempini zəiflədərək geridə qoyur. Bu da ABŞ üçün olduqca əlverişli nəticələr deməkdir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler