Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Trampın prezident seçilmesi Azerbaycan iqtisadiyyatına da tesirsiz ötüşmeyecek”

09 Kasım 2016

8:20 am


09/11/2016 [12:17]: xeber –
“Trampın prezident seçilməsi dünya fond birjaları və bazarları çalxalayır, neft ucuzlaşır, qızıl bahalaşır”sayt xəbər verir ki, bu haqda  iqtisadçı alim Qubad İbadoğlu rəsmi facebook hesabında yazıb.“ABŞ-da prezident seçkilərində, senat və konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampin prezdient seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib. İlkin təsirlər nəticəsində dünya fond birjalarında Dow Jones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri aşağə düşüb, Avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb. Hazrıda dünya bazarları təlatüm içərisindədir.Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 5 faiz, Avropa bazarını xarakterizə edən Euro Stoxx 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi 2,6 faiz faiz dəyər itirib.Meksika pesosu 12 faiz aşağı düşərək, ilk dəfə olaraq 1 dollara 20 peso həddini keçib, yapon iyenası bütün valyutalara nisbətdə qalxıb, qızıl Brexitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiymətləri 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları 1,8 faizədək ucuzlaşıb. Bu hələ son deyil və təbii ki, bu dəyişikliklər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək” deyə Qubad İbadoğlu qeyd edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler