Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Trampdan Qarabağ münaqişesinin helli ile bağlı real netice gözlemeye deyermi? 

11 Kasım 2016

3:28 pm


11/11/2016 [19:26]: xeber –
Donald Trampın ABŞ prezidenti seçilməsi Azərbaycan üçün Qarabağ məsələsinin həllində bundan sonra hansısa irəliləyişin olub-olmayacağı məsələsini də gündəmə gətirib. Maraqlıdır, Trampın 4 illik prezidentlik dönəmində Qarabağ münaqişəsinin həlli istiqamətində real nəticə gözləməyə dəyərmi? sayt mövzu ilə bağlı gənc politoloq Nurlan Qələndərlinin fikirlərini öyrənib. N.Qələndərli bildirib ki, Trampın timsalında ABŞ-ın Qafqaz siyasətində müəyyən dəyişikliklər ola bilər: “Şübhəsiz ki, Rusiya ilə işbirliyi kontekstində yeni Avrasiya siyasətinin cizgiləri Qafqaz geosiyasi məkanında da özünü göstərəcək. Amma bu, ABŞ-Rusiya strateji rəqabətinin sərhədlərinə qədər ola bilər, yəni hər iki tərəf üçün prinsipial – güzəştə gedilməyəcək məsələlərdə kardinal dəyişikliklər gözləməyə dəyməz. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də məhz bu cürdür. Yəni ABŞ və Rusiya kimi əsas güc mərkəzləri bu problemin öz mənafeləri əsasında həll olunması tərəfdarı kimi çıxış etdiklərinə görə (məhz münaqişənin həlli məsələsində ortaya çıxan ikili standartlar da bu amildən qaynaqlanır) olduqca mürəkkəb geopolitik situasiya yaranıb: ona görə də bu iki tərəf arasında ümumi konsensus – uzlaşma əldə edilmir (belə olan halda Cənubi Qafqazın forpostunun manevr imkanları artır). Dolayısıyla, Donald Tramp dönəmində də ABŞ-ın ənənəvi strateji xətti və mövqeyinin davam edəcəyi və münaqişənin həlli məsələsində Vaşinqtonun indikindən fərqli mövqedə durmayacağı qənaətindəyik.”Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler