Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tramp Putinin maraqlarını müdafie etse…“

10 Kasım 2016

8:20 pm


11/11/2016 [00:16]: xeber –
ABŞ-ın yeni prezidenti Donald Trampın qələbəsi Azərbaycan da fəaliyyət göstərən siyasi partiyalar arasında birmənalı qarşılanmayıb. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı sayt saytına açıqlamasında bildirib ki, dünyanın ən məşhur siyasi şərhçiləri, politoloqları belə Trampın qələbə qazanacağına çox az inanırdı : “ Ancaq, bu, baş verdi. Trampın qələbəsi onu göstərdi ki, siyasətdə mümkün olmayan bir neçə saata reallaşa bilər. Artıq dünya demək olarkı “Trmap şoku”ndan ayılmağa başlayır. Dünyanın aparıcı televiziyaları belə nə qədər yanıldıqlarını etiraf edirlər. Bütün proseslər geri də qaldı. Bundan sonra ABŞ beynəlxalq siyasətdə tutduğu mövqey müzakirə olunmaqdadır. Daha çox Trmapla Rusiyanın prezidenti Vladimir Putinlə münasibətlərinin hansı müstəvidə daam edəcəyi müzakirə mövzusudur. Bu, münasibətdən çox aslı bir mənzərə yaranacaq. Təsadüfü deyil ki, Donald Tramp seçki dövründə Rusiya ilə bağlı xüsusi bəyanatla çıxışlar edib və bir çox region da Rusiya dövlətinin maraqlarının nəzərə almağı təklif edib. Artıq Tramp prezidentdir.  Rusiya ilə bağlı tutduğu mövqey dəyişməz olacaqsa, bir çox regionda Rusiyanın mövqeyləri daha da güclənəcək. Bundan sonra siz, konkret olaraq Ukraynanı, Suriyanı və başqa dövlətlətləri fikirləşin. Bütün dünya bilir ki, eyni soy-kökə malik xalqları –ruslarla, ukrayınları Qərb düşmən səiyyəsinə qədər gətirib çıxardıblar. Bundan sonra Qərbin Ukrayna dövlətinə münasibəti necə olacaq? Bütün baş verən hadisələr onu göstərdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uzun müddətdır beynəlxalq siyasət də balanslaşdırma siyasəti daha məqsədə uyğun imiş və daha uzaq məsafəyə hesablanıb.”  Niyaməddin Orduxanlının fikirndə Donald Trampın qələbəsinin əsas təminatı, onun  Amerika cəmiyyətin də islamafobiya, irqçilik və miqrantlara qarşı nifrətinin yüksək olmasıdır : “ Görünür Tramp Amerika cəmiyyətin də bu məqamları diqqətlə araşdırıb hesablamışdı. Həm də əhalinin 65%-nin ağ dərili olması Trampın qələbəsini təmin etdi. Cəmiyyətin sadaladığım problemlərə nifrəti patoloji imiş. Bir daha  qeyd etmək istəyirəm ki, Tramp seçki vədlərini yerinə yetirməyə başlasa, ABŞ ən yaxın müttəfiqlərini itirməyə başlayacaq və daxili gərginlik artacaq, dünya iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək. Trampın vəzifəsindən sonra başladığı fəaliyyət çox mətləblərə aydınlıq gətirəcək. Gözləyək. “


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler