Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tramp prezident seçildi, dollar “çökdü”

09 Kasım 2016

10:56 am


09/11/2016 [14:55]: xeber –
ABŞ-da keçirilən prezident seçkilərində səslər toplandıqca ölkə valyutasının – dolların məzənnəsi və dünya maliyyə bazarları çökür.Dollara qarşı avro 2%, funt isə 1%-dən artıq möhkəmlənib. Dollar yapon yeninə qarşı 3%, İsveçrə frankına qarşı isə 2%-dən artıq ucuzlaşıb.Bu, Respublikaçılar Partiyasından olan Donald Trampın seçkilərdə liderlik əldə etməsi ilə bağlı xəbərlərin fonunda baş verir. “Exit-poll”un nəticələrinə görə, iş adamı Ohayo ştatında qələbə qazanıb. Bu ştatda seçkilərin nəticələri isə adətən ABŞ-da prezident seçkilərinin nəticələri ilə üst-üstə düşür. “ABC”nin proqnozlarına görə, Tramp həmçinin Şimali Karolina ştatında da qələbə qazanıb.Demokratlar Partiyasının namizədi Hillari Klinton Oreqon, Virciniya və Kolorado ştatlarında qələbəni əldə edib.”Bloomberg”in məlumatına görə, Trampın mümkün qələbəsi haqqında xəbərlər bazarlarda çaxnaşma yaradıb. S&P 500 indeksi üçün fyuçerslər 4,3%-dən artıq düşüb. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.İqtisadçıların proqnozlarına görə, Trampın tam qələbəsi zaman dollar dünya valyutalarına qarşı xeyli ucuzlaşacaq.(report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler