Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tramp nece qelebe çaldı?

09 Kasım 2016

12:36 pm


09/11/2016 [16:34]: xeber –
Respublikaçıların namizədi Donald Tramp favorit Demokrat Partiyasının namizədi Hillari Klintona qələbə çalaraq ABŞ-ın növbəti prezidenti oldu. Maraqlıdır, necə oldu ki, Tramp prezidentlik yarışında Demokratlar partiyasından olan rəqibi Hillari Klintona qalib gəldi?sayt bu sualın cavabını xarici mediada yazılan şərhlərə əsasən tapmağa çalışıb. Respublikaçı Donald Tramp hər kəsin favorit hesab etdiyi demokratçı Hillari Klintonu keçdi. Bununla da dünya ənənəvi siyasətə meydan oxuyan başqa bir siyasətçinin qələbəsinə şahidlik etdi. Yayılmış xəbərlərə görə, seçki öncəsi əyalətlə şəhər toqquşdu. Bu seçki təhsil səviyyəsi aşağı olanlarla universitet məzunlarının mübarizəsi oldu. Bir tərəfdə mavi könəklilər, digər tərəfdə isə ağ köynəklilər dayanmışdı. Bir tərəfdə yaşlı, ağdərili mühafizəkar kişilər, o biri tərəfdə isə gənclər və qadınlar idi. Tramp təbliğat kampaniyası çərçivəsində təcrübəli bir komandası olmadan tək mübarizə apardı, kampaniyasını daha çox şou şəkində yürütdü. Onun son dərəcə peşəkar, böyük bir dəstəylə mütəşəkkil şəkildə çalışan, təbliğat proqramlarında indiyə qədərki ən mürəkkəb aksiyalardan birini həyata keçirən rəqibi Hillarinin əngəli isə sandığa qədər gedə biləcək bir həyacan yarada bilməməsi oldu. Həmçinin anket nəticələrindən də Hillarinin öndə olduğu və seçkini rahat şəkildə qazana biləcəyi düşünülürdü. Bu üzdən də Hillariyə səs verəcək böyük təbəqələr səsverməyə getməyib. Xüsusilə 2008 və 212-ci illərdə Obamanın qələbə çalmasına səbəb olan qaradərililərin səsverməyə getməməsi Hillarini vuran ən böyük səbəblərdən biri kimi qeyd edilir. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler