Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

TQDK I ve IV ixtisas qrupları üzre qebul imtahanı keçirecek

12 Temmuz 2016

4:16 pm


12/07/2016 [20:12]: xeber –
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 15-də 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.Komissiyadan “Report”a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq. İmtahan mərkəzləri imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxışdan keçiriləcək və bütün binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 6-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Abituriyentlər imtahana özləri ilə 2 sənəd – şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.İmtahanda 25 956 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22 044 abituriyent I qrup üzrə, 3912 abituriyent IV qrup üzrə imtahan verəcək. Onlardan 23 540 nəfəri (I qrup üzrə 19 995, IV qrup üzrə 3 545 nəfər) Azərbaycan bölməsinin, 2 416 nəfəri (I qrup üzrə 2 049 nəfər, IV qrup üzrə 367 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15 067 nəfəri (I qrup üzrə 13 873 nəfər, IV qrup üzrə 1 194 nəfər) oğlanlar, 10889 nəfəri (I qrup üzrə 8 171 nəfər, IV qrup üzrə 2 718 nəfər) isə qızlardır. 25 457 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 489 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 173 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 2001-ci ildəndir.Bakı şəhərində 11 516, Naxçıvanda 1 097, Gəncədə 3 178, Sumqayıtda 1 647, Mingəçevirdə 1 208, Şəkidə 1 752, Ağcabədidə 876, Göyçayda 1 331, Şirvanda 969, Lənkəranda 1 359, Xaçmazda isə 1 000 abituriyentin imtahan verəcəyi gözlənilir.İmtahanların idarə olunmasına 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 129 nəzarətçi-müəllim cəlb olunacaq.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler