Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Toya getmediyim üçün, mene 30 min borc yazdı” – Müğenniden şok ittiham

26 Temmuz 2016

10:16 am


26/07/2016 [14:14]: xeber –
“Mən hələ bu qədər özbaşınalıq görməmişəm. Mənə bir vergi idarəsinin əməkdaşı zəng vurdu, iki ay öncə mənə onun toy məclisində iştirak etməyimi söylədi. Təəssüflər olsun ki, iştirak edə bilmədim. Başqa tədbirdə olmalı idim. Daha sonra vergi əməkdaşı mənə sərt reaksiya verdi, söylədi ki, məni əlavə dəyər vergisinə cəlb edəcək”.sayt  xəbər verir ki, bu sözləri əməkdar artist Abbas Bağırov instagramda yazıb.Müğənni iddia edib ki, vergi işçisi onu əlavə dəyər vergisinə cəlb edib:“Bu gün mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var və siz ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə heç bir hesabat atmadan bu addımı atdılar. Belə şey başıma birinci dəfə gəlmir. 10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər?Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjimanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı? Kimə şikayət edək? Belə özbaşınalıq olmaz”.Əməkdar artist daha sonra vergi borcunu ödədiyini sübut edən qəbzin fotosunu instaqramda paylaşıb, “Qazandığım puldan vergi ödəməliyəm, qazanmadığımdan yox”- şərhini yazıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler