Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Toy karvanı qeza töretdi: ölen ve yaralananlar var – FOTOLAR

14 Ağustos 2016

8:44 am


14/08/2016 [12:43]: xeber –
Tərtərdə toy karvanında qəza baş verib. sayt xəbər verir ki, hadisə Tərtərin “Dörd yol” adlanan ərazisində baş verib. Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı  “Niva” markalı avtomobillə toqquşub. “Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər NazirliyininDövlət Ekspertiza İdarəsinə, “Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur.   Toqquşma nəticəsində “Mercedes”  markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.  Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.  Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler