Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tovuzda sakinler su deyib feryad edirler  – FOTO

12 Ağustos 2016

7:36 am


12/08/2016 [11:34]: xeber –
Tovuz sakinlərinin su dərdini təsvir etmək üçün söz belə aciz qalır. Məsələ onda deyil ki, bu rayonun su anbarlarında su yoxdur. Su var. Sadəcə düzgün ünvana verilmir.İndi Tovuzda kimi dindirsən, bax beləcə, su deyib fəryad edir. Bu rayonda təbiətin ən ali varlıqları olan insanların bir nömrəli problemi içməli sudur desək yanılmarıq. Sakinlər ehtiyaclarını ödəmək üçün ya pulundan keçəmli, ya da səbirsizliklə yağışın yağmasını gözləməlidirlər. Dəfələrlə Tovuz rayon Su-Kanal İdarəsinə müraciət edilsə də xeyri olmayıb. Necə deyərlər dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Tovuz rayon Su-Kanal İdarəsində isə gələn jurnalistlərə və şikayətçilərə yalnız bir cavab verilir. Məsələdən agahıq və problem tez bir zamanda aradan qaldırılacaq. Maraqlısı odur ki, bu sözü eşitməyə vərdiş edən sakinlər artıq əməli işin bəhrəsini görmək istəyirlər. Bunun üçün isə vədləri yerinə yetirmək lazımdır. Yolumuzu rayonda fəaliyyət göstərən Tovuz şəhər su anbarından da saldıq. Dedik bəlkə həqiqətən su buxarlanıb yoxa çıxıb. Amma eşitdiklərimiz və gördüklərimiz bizi düşünməyə vadar etdi. Tovuz şəhər su anbarlarında hər abonent üçün bir günlük 180 litr su nəzərdə tutulub. Və gündəlik olaraq Tovuz Su-Kanal İdarəsinə 5 və ya 7 min 500 kub metr su ötürülür. Burada sual yaranır bəs bu qədər su hara və niyə gedir?  Sakinlər iddia edirlər ki, onlar üçün nəzərdə tutulan su limiti əkin sahələrinə verilir. Özü də yaxşı qiymətə. Nə deyirik ki, bazar olsun. (Region TV)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler