Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tovuzda göz xestelikleri ile bağlı böyük aksiya, sakinler pulsuz emeliyyat olundular

31 Ekim 2016

9:04 am


31/10/2016 [13:00]: xeber –
Tovuz rayonunda göz xəstəlikliyindən əziyyət cəkənlər ücün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası rayon sakinlərinə tibbi xidmət göstərib.Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Tovuz rayonundan millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə növbəti aksiyasını təşkil edib.Millət vəkili müayinəyə gələnlərlə görüşüb və onların problemləri ilə yaxından tanış olub və bir çox problemli müraciətləri yerindəcə həll edib.Səyyar klinikada xarici dövlətlərdə ixtisas almış yüksək səviyyəli həkim briqadası calışır.Səyyar klinikaya müraciət edən rayon əhalisinin gözləri diaqnostik müayinə olunub və müalicəlik olanlara müalicə təyin ediblər, əməliyyat gərəkli xəstələri isə əməliyyat edərək yola salıblar. Özəlliklə ön cəbhə bölgələrində yaşayan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin bir çoxuna aksiya zamanı bütün dəstək göstərilib. Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib. 29-30 oktyabr tarixində kecirilən aksiyada 300-ə yaxın Tovuz sakininə baxış kecirilib və onlardan 20 nəfərinə əməliyyat olunub.Aksiyada iştirak edən millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı T.Zeynalov, onların xahiş və müraciətlərini dəstəkləyərəq Tovuza belə bir briqada göndərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və Tovuza gələn səyyar həkim briqadasına özlərinin və sakinlər adından təşəkkürlərini bildiriblər. Bu cür aksiyaların kənd rayonları üçün böyük əhəmiyyəti barədə danışan millət vəkili Qənirə Paşayeva kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını deyərək bu cür aksiyaların 10-larla ailənin sevincinə səbəb olduğunu deyib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işçisi, həkim-oftolmoloq Y. Abdıyeva çıxış edərək aksiyanın əhəmiyyətindən danışıb. Millət vəkili Qənirə Paşayeva bir sıra xəstələrin müayinəsində iştirak edib və bütün xəstələrə şəfalar diləyib, onların qayğıları ilə maraqlanıb.Onu da qeyd edək ki, səyyar klinika müasir texnologiyaya əsaslanan tibbi avadanlıqlarla təchiz olunub və yüksək ixtisaslı həkim briqadası heç bir çətinlik çəkmədən bir çox əməliyyatları həyata kecirirlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler