Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tolik ANS-in bağlanmasına sevindi: “İşçileri min hoqqadan çıxırdı”

20 Temmuz 2016

9:36 am


20/07/2016 [13:35]: xeber –
ANS telekanalının bağlanması məşhurlar tərəfindən olduqca çox müzakirə edilib.Prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkədə telekanalın bağlanması məsələsinə münasibət bildirib.Tolikin fikirlərini təqdim edirik:”Mənim ANS-lə heç bir şəxsi qərəzliyim yoxdur. Natavan Həbibi ilə davam zamanı orada vəzifədə olan bəziləri demişdi ki, əlimdə sübutum var. Amma sonra yoxa çıxdılar. ANS məndən çox güclü və hörmətli bir kanaldır. Onda niyə şəhidimizin problemini vaxtında efirə çıxartmırdı? Görməməyi mümkün deyil.Mən əsgər forması geyindim, ANS on dəfə efirdə dedi ki, Tolik kimilər… Halbuki, öz işçiləri arasında məndən yüz, min qat artıq oyundan çıxanlar var. Niyə xəstəxanada kimsəsiz qalan hansısa xəstəni yox, Pensilvaniyadakı qoca adamı çəkmək yadlarına düşürdü? Bu, mənim mövqeyimdir, kimin xoşuna gəlmirsə, səhifəmdən getsin. Vaxtında o qədər müğənnini ağladıblar ki, Allah göydən görür. Bəzi müğənnilər nəsə deməkdən qorxar, amma mən qorxmuram. Şükür Allahıma, ölkəmə, dövlətimə sadiq vətəndaşam. Bəzi məşhurlar onları efirə çağırırlar deyə yaltaqlıq etməsinlər. Buradan o kanala deyirəm ki, nə məni, nə də mənim çalışdığım müğənniləri efirə çağırmayın, ehtiyacımız yoxdur”.(big.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler