Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tofiq Yaqublunu türmeye buraxmadılar…

22 Haziran 2016

5:56 am


22/06/2016 [09:55]: xeber –
REAL hərəkatının sədri İlqar Məmmədov Ali Məhkəməyə müraciət edib. Vicdan məhbusu barəsində aprelin 29-da Şəki Apelyasiya Məhkəməsinin çıxardığı qərardan iyunun 20-də kasasiya şikayəti verilib. Bu barədə  REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova məlumat verib. O, Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın İ.Məmmədovun azad edilməsinin onlar üçün əsas məsələ olması və AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda həbsxanada onunla görüşmələrinə də münasibət bildirdi: “Cənab Yaqland və Avropa Şurası üçün İlqarın azad edilməsi hər zaman əsas prioritet məsələ olub. Nazirlər Komitəsinin İlqar barəsindəki 7 qərarı var ki, bunlar dediklərimi təsdiq edir. Həmməruzəçilərin  İlqarla görüşləri olub. Amma görüş zamanı hansı məsələlərin müzakirə edildiyini bilmirəm”.Qeyd edək ki, REAL sədrinin həmməruzəçilərlə görüşdən sonra bloqunda açıqlaması yayılıb. İ.Məmmədov həmməruzəçilərin siyasi məhbuslarla bağlı fəaliyyətlərindən razı qalmasa da, onlara bu sahədəki fəaliyyətlərində uğurlar arzulayıb. Ötən ay Ali Məhkəmədə həbs müddəti 6 il yarımdan 3 ilə qədər endirilən Müsavat başqanının müavini Fərəc Kərimli cəzasının yüngülləşdirilməsi səbəbilə 13 saylı cəzaçəkmə müəssisəsindən 14-ə köçürülüb. Hazırda başqan müavini karantindədir. Vicdan məhbusunun atası Raqif Kərimli oğlunun hazırda icra prosesi gedən amnistiyaya düşə biləcəyini söylədi: “Hamı düşünür ki, 4 ay ərzində, yəni amnistiyanın icrasının aparıldığı müddətdə Fərəc azadlığa buraxıla bilər. Oğlumu 14 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Guya bu müəssisə ağır cəza çəkənlər üçün nəzərdə tutulmayıb. Amma bura əvvəl saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsindən də pis yerdir. Daş karxanalarının əhatəsində toz-duman içərisində olan həbsxanadır. Özü danışıb. Dedi ki, hələ karantindəyəm. Bu səbəbdən görüş günü olmasına baxmayaraq gedə bilmədik”.Bu ilin martındakı əfvlə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu iyunun 20-də 1 il yarım cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində olub. Məhbus yoldaşlarından olan NİDA-çı gənclər İlkin Rüstəmzadə və Əbdül Əbilovla görüşməyə cəhd edən başqan müavini buna nail olmayıb. T.Yaqublu  açıqlamasında 3 ay öncə azadlığa çıxdığı 13 saylı cəzaçəkmə müəssisəsinin kənardan görünüşünü belə təsvir etdi: “Həbsxanaya girə bilmədim. Facebookda paylaşdığım şəkli müəssisənin önündə çəkdirmişəm. Vəkil Nemət Kərimli ilə getmişdim. O, hüquqlarını qoruduğu gənc İlkin Rüstəmzadə ilə görüşməli idi. İlkin və Əbdüllə görüşmək üçün rəhbərliyə müraciət etdim. Bilirdim ki, icazə verməyəcəklər, amma yenə də ümid etdim. Uzun məsləhətləşmədən sonra icazə vermədilər. Maraqlı odur ki, həbsxanaya gedəndə növbə dəyişirdi. Hər bir əməkdaşla mehriban görüşdük. Onlar bildirdilər ki, görüşə icazə vermək üçün onların əllərindən heç bir iş gəlmir, rəhbərlik icazə verməlidir. Təəssüf ki, görüş alınmadı. Bununla belə, çox maraqlı hisslər keçirdim. Məhbusları ”voronok” deyilən maşınla ya aparırdılar, ya da gətirirdilər. Məhbus olanda yasla bağlı cəzaçəkmə müəssisəsindən buraxılanda heç yana baxa bilməmişdim, azadlığa isə gecə çıxmışdım. Düşündüm ki, gör harada imişəm, məni hara gətiriblərmiş. Keçirdiklərim çox qəribə hisslər idi. Hasar aramızı kəssə də, bəzi məhbus yoldaşlarımla salamlaşa bildim”.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler