Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tibb sahesinde Nobel mükafatından mehrum edilen iki Azerbaycan alimi -ARAŞDIRMA

30 Haziran 2016

10:40 am


30/06/2016 [14:36]: xeber –

Səhiyyəmizin hazırki durumu çox təəssüf ki,
onun barəsində yaxşı nəsə deməyə imkan vermir. Lakin sovet miqyasında
Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafı bütün ittifaqda nümunə kimi
göstərilirdi. Bunun əyani sübutu kimi sayt saytı maraqlı bir faktı
təqdim edəcək.

Azərbaycan tibbinin ən nəhəng simalarından
olan Mustafa Topçubaşov və Qəhrəman Qəhrəmanov elə Nobel mükafatı laureatı olan
alimlər tərəfindən bu mükafata təqdim edilir. Q. Qəhrəmanov Azərbaycan neyrofizika və
neyrokimya məktəbinin yaradıcısı hesab olunur. 
Bu təqdimatda əsas pay sahibi elə onun özü olur. Elə bu istiqamətləri
dərindən araşdırmaq üçün laboratoriya quran Qəhrəmanov onları dünya
standartlarına cavab verə bilən  bir hala
gətirir. Dünyanın bir çox ölkələrindən Nobel mükafatına layiq görülən alimlər
bu laboratoriyada olan zaman heyrətə gəlirlər. Oranı İsveç Kral Akademiyasının
tibb institutu ilə müqayisə edirlər.Qəhrəman Qəhrəmanovun tibb elmindəki kəşfləri:1.Sinir lifləri arasında efpatik ötürməninin
tədqiqi-1959

2. Böyrək ifrazat funksiyasının öyrənilməsinin
yeni   üsulu – 1959

3. 
Sidiyin axarlardan sidik kisəsinə tökülmə prosesinin tədqiqi

4. İntrakarotid inyeksiyası üsulununun kəşfi-
1960

5. İstiqanlı heyvanlarda cərrahi əməliyyat
aparmadan summar tüpürcək ifrazını yazmaq – 1977

6. periferik damara vazokonstriktor və
vazodilyatator təsirlərin qrafik yazısını almaq üsulunun kəşfi- 1979

 

Qəhrəmanovla bərabər Nobelə təqdim olunan
Mustafa Topçubaşov haqqında isə çox danışmağa o qədər də lüzum yox.

«Analgezin»in yaradıcısı kimi Mustafa
Topçubaşovun adı Nobel Komitəsində tanınırdı. Lakin özü bu haqda 25 il sonra
eşidir. 1972-ci ildə onun adına Stokholmdan xüsusi məktub gəlir. Nobel Komitəsi
alimə müraciət edərək özü haqqındakı bütün məlumatları komitəyə çatdırmasını
yazırdı. Topçubaşov da özü haqqında sənədləri toplayaraq komitəyə göndərir.
Lakin bu dəfə bədxahların siyasəti öz işini görür. Ona görə də Nobel mükafatını
Topçubaşova vermirlər. O, bu mükafatı köməkçisi olan cərrah Qəhrəman
Qəhrəmanovla birgə almalı idi. Topçubaşovun bu mükafatı almasına ermənilər mane
olur. O zaman SSRİ Səhiyyə Nazirliyində çoxlu erməni çalışırmış. Həmçinin onlar
Nobel Komitəsinə də yol tapıblar. Burada siyasi məsələlər vardı. Amma
Topçubaşov siyasətdən uzaq adam idi. Bəlkə onun üçün heç mükafatın da əhəmiyyəti
yox idi. Müalicə edib həyata qaytardığı xəstələrin təşəkkürü onun üçün ən böyük
mükafat idi.

Qeyd edək ki, bizim başqa alimlərimizin də
Nobel almasına ermənilər çox mane olublar. Yusif Məmmədliyevin aqibətini
xatırlamaq kifayətdir.

Onun yüksək 
elmi nailiyyətlərin yekununda 
mütləq Nobel mükafatı gəlməli idi. 
Moskva, Leninqrad, Novosibirsk və Bakı elmi dairələri Yusif
Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif edirlər. Əslində, Nobel
Komitəsinin tövsiyəsinə görə alimlər öz təkliflərini açıqlamamalı, heç bir
yerdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün belə bundan xəbəri
olmamalıdır. Lakin sovet rejimində bu qaydaya riayət etmək mümkün deyildi. Odur
ki, həmin məsələ 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasına
müzakirəyə çıxarılır. Baş katib Nikita Xruşşov, büro üzvləri və üzvlüyə
namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim
olunması haqqında razılığa gəlirlər. Bu zaman qəfildən iclasa ünvanlanan bir
məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda sovet ordusunun arxa
təchizat idarəsinin rəisi marşal Baqramyan, tank qoşunları komandanı general
Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın
Stokholma göndərilməsini məsləhət görmürlər. Dövlət Təhlükəsizlik Komitəsinin
sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, A.Mikoyan
çıxış edərək məktubun müəlliflərinə haqq qazandırır və onları dəstəkləyir.

 

Beləliklə, üç yüksək vəzifəli erməninin
fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli
sürülməsi baş tutmadı.

Elmin
Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler