Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tibb müessiselerinde xestelerin anonimliyi nece qorunur?  – ARAŞDIRMA

08 Kasım 2016

12:00 pm


08/11/2016 [15:59]: xeber –
Tez-tez müxtəlif qalmaqallarla gündəmə gələn müğəni Mətanət Əsədovanın adı bu yaxınlarda növbəti bir plastik əməliyyatında hallandı. Bir çox saytlar yazdı ki, Mətanət Əsədova Bakıdakı klinikaların birində döşlərini böyütdürüb. Müğənni isə haqqında yazılmış bu xəbərləri qəzəblə qarşılayaraq belə bir əməliyyat keçirmədiyini, ümumiyyətlə döşlərini böyütdürməyə ehtiyacı olmadığını bildirdi. Bu yazımızda nə Mətanətdən, nə də hansısa plastik əməliyyatdan danışmaq niyyətində deyilik. Məqsədimiz səhiyyə müəssisələrimizdə xəstələrin kimliyinin qorunmasının hansı səviyyədə oluğunu araşdırmaqdan ibarətdir. Araşdırmanın daha dəqiq aparılması üçün ilk öncə bunu özümüz yoxlamaq istədik. Tibb müəssisələrində aninimliyimiz necə qorunur?Araşdırmamıza keçməmiş bir məsələni qeyd edək ki, bu gün şoubiznes nümayəndələrinin, aparıcıların, artistlərin keçirdikləri plastik əməliyyatları gizli saxlamaları mükün deyil. Çünki onlar nə qədər gizləsələr belə, tamaşaçı bunu dərhal aydınca hiss edir. Ancaq elə xəstəliklər var ki, ətrafdakılardan gizli saxlanılması gərəkir, o xəstəlik barədə xəbərlərin yayılması, mətbuata sızdırılması həmin xəstənin sağlamlığına belə ciddi zərbə vura bilər. Təəsüflər olsun ki, bu məsələyə bizim səhiyyə müəssisələrində əməl olunmur, üz tutduğumuz ilk klinikadaca xəstənin kimliyinin qorunmadığının şahidi olduq. Belə ki, xəstə qiyafəsində şəhərin məşhur özəl klinikalarından birinə müraciət etdik. Bilərəkdən həkimlə vədələşdiyimiz vaxtdan bir saat tez klinikaya yollandıq, məqsədimiz oradakı tibbi və qeyri-personalla az da olsa ünsiyyətdə olmaq idi. Həkimin qəbuluna düşənə qədər dəhlizdəcə bir tibb bacısı və bir həkim köməkçisi ilə ünsiyyət qurduq. Söhbətimiz əsnasında qəsdən kimliyimizi, harada işlədəyimiz barədə onlara məlumat verdik. Daha sonra həkimin qəbuluna düşdük və əlbəttə ki, həkim də maraqlandığı məqamlarla bağlı haqqımızda məlumat topladı. Çox uzatmadan əsas məsələyə keçək, həmin klinikadan ayrılmağımızdan bir neçə saat keçməmişdi ki, artıq həmin klinikada ünsiyyətdə olduğumuz şəxslərdən biri üçüncü şəxsə bizim həmin xəstəxanaya, hansı həkimin qəbuluna və nə məqsədlə gəldiyimiz haqqında məlumat ötürmüşdü. Və həmin məlumat da gün başa çatmamış bizim müdiriyyət səviyyəmizə qədər yayılmışdı. Bu məsələdə də tibb ocaqlarımıza güvənə bilmədik…Məqsədimiz elə bunu yoxlamaq olsa da belə mənzərəylə qarşılaşmaq gerçəkdən də ağır idi. Özünü, həyatını, sağlamlığını etibar etdiyimiz bir tibb müəssisəsində kimliyimizin gizli saxlanılmaması, hansısa məşhur cərrahiyə məsasına uzanmamış onun barəsində məlumatın mətbuata ötürülməsi o məkana qarşı xəstələrdə mütləq inamsızlıq formalaşdıracaq. Yüksək səviyyədə peşəkar tibbi personalı olmasına baxmayaraq, bir daha həmin klinikaya müraciət etmək istəməyəcəyik, necə deyərlər getməyə məcbur olsaq da, ayaqlarımız bizi o məkandan uzaqlaşdıracaq. Ən pisi də odur ki, buna səbəb həkimlər yox, həmin tibb müəssisələrində çalışan üçüncü, dördüncü səviyyədə çalışan, xadimə işləyən şəxslər səbəb olmuş olacaq. Nə yazıq ki, biz ən azından kimliyimizin anonim saxlanılması məsələsində belə tibb ocaqlarımıza güvənə bilməyəcəyik. Beləliklə də biz tibb müəssisələrinə, dəqiq desək, orada çalışanlara daha bir məsələdə inamımızı, onlar isə xəstələrini itirmiş olacaqlar. Yenə də qazanan xaricdəki xəstəxanalar və həkimlər olacaq. Səhiyyə Nazirliyinə bununla bağlı şikayət olmayıb…Araşdırmamızla bağlı bir məqam da maraqlıdır ki, indiyədək bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə heç bir şikayət daxil olmayıb. Nazirliyin mətbuat xidmətinin sözçüsü sorğumuza cavab olaraq indiyə qədər belə bir məsələylə bağlı hansısa müraciət olduğunu xatırlamadığını bildirib. Bundan əziyyət çəkən şəxslər məhkəməyə müraciət edə bilər…Səhiyyə Nazirliyinin nümayəndəsindən fərqli olaraq Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vamiq Hüseynov zaman-zaman ona bu məsələylə bağlı müraciət edənlərin olduğunu qeyd edib. Vəkil həmçinin bu məsələnin qanunla necə tənzimləndiyi haqqında da məlumat verib:“Qeyd edim ki, bu tip məsələlər həm Konstitusiyanın şəxsi həyatın toxunulmazlıq hüququ maddəsi ilə, həm də məlumat azadlığı və informasiya əldə etmək haqqındakı qanunlarla tənzimlənir. Şəxsin hansısa bir tibb müəssisəsində müalicə alması, əməliyyat olunması, o cümlədən xəstəliyinin xarakteri, əməliyyatın taleyi, bir sözlə bütün bu məsələlər onun şəxsi həyatına aiddir. İnformasiya əldə etmək haqqında qanunda da bu məsələ şəxsi həyata müdaxilə kimi göstərilir. Bu cür məlumatları ötürənlərə informasiya daşıyıcıları deyilir, xəstəxanalar da bu məlumatların daşıyıcıları sayılır. İnformasiya daşıyıcıları bu barədə xəbərləri hüquq mühafizə orqanları, yəni səlahiyyətli qurumlardan başqa digər şəxslərə və təşkilatlara, o cümlədən media qurumlarına açıqlamamalıdırlar. Bu cür fərdi məlumatların yayılması müəyyən məsuliyyətə səbəb olur. İlk ağla gələn məsuliyyət növü də mülki məsuliyyətdir. Yəni bu cür məlumatların yayılmasına görə özünü narahat hiss edən, bundan əziyyət çəkən şəxslər məhkəməyə müraciət edib şəxsi həyatına müdaxilə olunması nəticəsində ona vurulmuş zərəri tələb edə bilər”.  Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler