Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

““The Washington Post”dakı bu meqale Azerbaycanın daxili işlerine qarışmaqdır”

10 Eylül 2016

8:00 pm


10/09/2016 [23:59]: xeber –
“The Washington Post”da Azərbaycan əlehinə dərc edilmiş məqalənin məqsədi aydındır. Nədən onun məhz indi yayımlanması da… Azərbaycana təzyiq mahiyyəti daşıyan məqalə ölkənin daxili işlərinə qarışma xarakteri də daşıyır. Azərbaycan müstəqil bir ölkədir, müstəqil siyasət yürüdür və konstitutsiyaya dəyişikliklər etdikdə də kimlərdənsə icazə almamalıdır və almır. Referendumda söz demək haqqı isə sadəcə Azərbaycan xalqına aiddir. Bu məqalədə Vaşinqtonda bəzi dairələrin Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət kursundan rahatsızlıq qoxusunu da hiss etmək çətin deyil. Hesab edirəm ki, məhz cənab Prezidentin yürütdüyü çox doğru balanslaşdırılmış xarici siyasət Azərbaycanı bir sıra bəlalardan qorudu. Özəlliklə ABŞ-ın son zamanlar müttəfiqləri Ukrayna, sonra isə Türkiyə ilə bağlı yanaşmaları bir daha dövlət başçımızın yürütdüyü xarici siyasətin əhəmiyyətini ortaya qoydu. Bu cür məqalələrə sevinənlər isə sadəcə bir dəqiqəlik düşünsünlər ki, indiyə qədər bu qəzetlərdə 1 milyon azərbaycanlı məcburi köçkünün evinə dönməsiə imkan verməyən (bununla da onların 23 ildən artıqdır ki insan haqlarını pozmaqda davam edən) işğalçı Ermənistana Ağ Evi təzyiq, sansiya tətbiq etməyə çağıran məqalə dərc olunubmu? Xeyr. Ciddi düşünməyə əsas verir. Bu cür yazılar sadəcə ABŞ maraqları üçün dərc edilir. Və o yazıların altında dayanan maraqlarda Azərbaycanın maraqları da nəzərə alınırmı? Mənim fikrimcə xeyr. Bunu artıq görmək çətin deyil. Getdikcə daha da gərginləşən bölgədə isə Azərbaycan olaraq ilk məsələmiz ölkəmizdə sabitlik və təhlükəsizliyi qoruyub saxlamaqdı. Məhz onların pozulmasının nələrə gətirib çıxardığını bir sıra ölkələrdə son aylarda daha yaxşı görə bildik. Üstəlik bir daha məhz bu iki faktor olmadan inkişafın mümkünsüzlüyünü də… Onların pozulması nəticəsində ölkəsindən qaçmaq zorunda qalan insanlara Qərbin qapılarını bağlamaq niyyətlərini də…Bu gün ölkə başçımızın yanında olaraq ölkəmizin təhlükəsizliyinə ciddi təhdid ola biləcək, xaricdən içərimizə gətirilmək istənən radikal cərəyanlarla mübarizə günüdür. Məhz onların Yaxın Şərq bölgəsində və ətraf bölgələrdə hansı faciələrə səbəb olduqlarını, hansı oyunlara alət olduqlarını görmək çətin deyil. Bu gün hamımız dövlətimizin sabitlik və təhlükəsizliyini daha çox düşünməliyik. Unutmamalıyıq ki, bizi Şuşaya aparan yol da bundan keçir.Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler