Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“The Guardian” qezetinde yer alan reportaj ermeni texribatının neticesidir”

03 Ağustos 2016

10:20 am


03/08/2016 [14:19]: xeber –
Böyük
Britaniyanın “The Guardian” nəşri Azərbaycanla sərhəddə yerləşən erməni
kəndlərindən reportaj hazırlayaraq burada yaşayan ermənilərin uzun illərdir ki,
Azərbaycan tərəfinin atəş və zorakılığına məruz qaldığı, mülki insanların hədəf
seçildiyi, öz yaşamlarını ağır şərtlər altında davam etdirdiyi ilə bağlı
uydurma iddialarla çıxış edib. (http://www.moderator.az/news/146649.html
)

Maraqlıdır,
“The Guardian” qəzetində yer alan bu reportaj Qərbin ermənipərəst siyasətinin
növbəti təsdiqi hesab edilə bilərmi? Həqiqətənmi dünyanın ən güclü kəşfiyyat və
informasiya sisteminə malik dövlətlərindən biri olan İngiltərə Qarabağ problemi
ilə bağlı əsl həqiqətdən xəbərsizdir?

sayt-a
açıqlama verən millət vəkili Rövşən Rzayev bunun erməni təxribatından başqa bir
şey olmadığını vurğuladı:

“The
Guardian” qəzetində yer alan reportaj işğalçı Ermənistanın təxribatıdır,
nəinki İngiltərə mətbuatının. Çünki bu cür yazıların dərcində maraqlı olan məhz
işğalçı Ermənistandır. Bu, hansısa erməni lobbisinin imkanlarından istifadə edərək
danışılan məsələyə bənzəyir. İngiltərə dövləti Ermənistanın işğalçı siyasəti
haqqında kifayət qədər məlumatlıdır. Onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkəyir.
Mümkün deyil ki, İngiltərə Azərbaycanı əleyhinə hansısa bir iş görsün. Bu,
qondarma bir məsələdir və bunun arxasında erməni barmağı dayanır”.

 

Seymur
Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler