Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Teyyare qezalarının monitorinqine dair SİRLƏR…

28 Eylül 2016

10:16 am


28/09/2016 [14:15]: xeber –
“Bu insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” “Quran”, 14:52Xəbər verildiyi kimi, sentyabrın 27-də Dehli – Katmandu reysi ilə uçan “A-320-220” markalı sərnişin təyyarəsi salonda baş verən tüstüləmə səbəbindən Katmandu hava limanına qəza enişi etmişdir. Hava gəmisində olan 154 sərnişin təxliyyə edilmişdir.Elmi-lədun hesablamalarımız göstərir ki, bu qəza da digər analoji qəzalar kimi, təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir və özündən əvvəlki qəzalarla riyazi şəkildə bağlıdır. Başqa sözlə desək, bu qəza əvvəlki qəzaların davamıdır. Bunu sübut etmək üçün aşağıdakı hesablamalara nəzər salaq:1) 8 noyabr 2015-ci il tarixdə Türkiyədən Gəncəyə uçan “A320” (!) markalı təyyarə 8:45-də Gəncəyə eniş etməli olduğu halda enişi həyata keçirə bilmədi və bir neçə saat havada qaldıqdan sonra 12:50-də Bakı Beynəlxalq hava limanına enə bildi. Maraqlıdır ki, bu gün Katmanduda “A320-220”  qəza keçirəndə həmin hadisənin 320-ci (!) günü idi! 2) 4 mart 2015-ci il tarixdə Türk hava yollarına məxsus “A-330” markalı təyyarə Katmandu (!) hava limanına enərkən qəza keçirdi və bir nəfər yaralandı. Bu gün  eyni məkanda, eyni markalı təyyarə qəza enişi edərkən həmin hadisənin 572-ci günü idi ki, bundan da “Quran”ın səhifələrinin sayı olan 286 ədədini çıxsaq, yenə də müqəddəs kitabın rəmzi və Allahın “kodlaşdırılmış möhürü” sayılan 286 ədədi alınır:572 – 286 = 286(Xatırladım ki, “Quran”ın Kəbədə saxlanan orjinalı 286 səhifədir və bu ədəd  Allahın “kodlaşdırılmış möhürü” olaraq bütün böyük hadisələrin və elmlərin üzərinə vurulmuşdur.)3) Bu gün qəza keçirən təyyarənin markasındakı ədədləri toplasaq  (320+220) 540 ədədi alınar. Hesablamalarımız göstərir ki, bu da təsadüfü deyildir. Belə ki, 4 mart 2015-ci il tarixdə Türk hava yollarına məxsus “A-330” markalı təyyarə quş qatarı ilə toqquşaraq qəza keçirmişdi. Bu gün həmin hadisənin 540-cı (!) günüdür ki, Katmanduda qəza keçirən hava gəmisinin üzərində həkk olunmuşdur: “A-320-220”!4) Bundan əvvəlki analoji qəzaların hesablamalarını təqdim edərkən bir məqam diqqət çəkirdi ki, bu cür qəzalar bir qayda olaraq Ay tutulmalarına (astronomik xəbədarlıqlara) bağlanır. Maraqlıdır ki, bu gün araşdırdığımız bu qəza da riyazi yolla Ay tutulmasına bağlanır. Qeyd edim ki, Bu gün 8 oktyabr 2015-ci il tarixdə baş verən Ay tutulmasının 720-ci günüdür ki, bundan da “Quran”ın surələrinin (114) və səhifələrinin (286) cəmini çıxsaq, yenə də  Katmanduda qəza keçirən təaayarənin markası görünər:720 – 114 – 286 = 320 (!)Bütün bunlar baş verən təyyarə qəzalarının təsadüf olmadığını, xüsusi qanunauyğunluğa tabe olduğunu və eyni bir MƏRKƏZdən böyük bir elmlə idarə olunduğunu sübut edir. Qeyd edim ki, baş verən bu kimi qəzalar və zəlzələlər eyni bir prosesin (Yerin təmizlənmə prosesinin) tərkib hissəsi və davamıdır. Biraz da dəqiq desək təmizlənmənin xəbərdarlığı və bağlanğıc mərhələsidir. Elmi-lədun hesablamalarımız göstərir ki, bəşəriyyət bu cür kodlaşdırılmış xəbərdarlıqlara məhəl qoymasa; iqtidarlar zülmü və  kütlə pozğun həyat tərzini davam etdirsə daha böyük faciələrlə qarşılaşmalı olacağıq. İnsanlar ancaq tövbə edib Allaha sığınmaqla və saleh əməllərlə bu cür bəlalardan sığortalana bilərlər. Necə ki, Nuh qövmü və bizdən əvvəl yaşamış qövmlərdən az bir hissə sığortalandı. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”.“Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!” “Quran”, 17:16-58Paşa Yaqub – tədqiqatçı-yazıçıMüəllifin arxivi: moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler