Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Teymur Memmedov “Azerbaycan konsulu” kimi hebs olunması xeberine aydınlıq getirdi…

15 Ekim 2016

6:04 pm


15/10/2016 [22:01]: xeber –
Bu gün sayt saytına Ukraynadakı mənbələrdən belə bir məlumat daxil olmuşdu ki, özünü Azərbaycanın Lvovdakı fəxri konsulu kimi təqdim edərək bir çox qanunsuz əməllər törədən soydaşımız Teymur Məmmədov barəsində Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Günorta saatlarında isə hətta onun dünən gecə həbs olunması xəbəri də yayılmağa başladı.Amma xəbər ictimailəşəndən sonra teymur Məmmədov özü sayt saytı ilə əlaqə saxlayaraq barəsində yayılan məlumatların həqiqətyi əks etdirmədiyini bildirdi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət təşkilatının rəhbəri kimi gördüyü işlərlə bağlı məlumat verdi:”Ukraynadakı diaspor təşkilatlarımız və şəxsən mənim barəmdə yanlış xarakterli məlumatların Azərbaycanın ciddi media qurumlarında tirajlanmasını təəssüflə qarşıladım. Təbii ki, bu informasiyanın nədən və hansı mənbədən qaynaqlanması barədə təxminlərim, informasiyalarım var. Amma bunun üzərinə getmək və intriqa yürütmək niyyətində deyiləm. Biz başımızı aşağı salıb Ukraynada yaşayan soydaşlarımızın bu ölkənin ictimai-siyasi həyatına daha yaxından inteqrasiyası istiqamətində işimizi aparırıq. Ukrayna ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri uzun illərdi davam edir və biz də bir qeyri-hökumət  təşkilatı olaraq bu münasibətlərin uzunmüddətli və davamlı olması üçün əlimizdən gələn töhfəni verməyə çalışırıq. Biz Ukraynada, xüsusən də fəaliyyət göstərdiyimiz Lvov vilayətində soydaşlarımızın üzləşdiyi problemlərin həlli, eyni zamanda Azərbaycanın mədəniyyətini, adət-ənənlərini təbliğ etməklə məşğuluq. Şəxsən mən burada universitetin hüquq fakültəsində təhsil alıram. Bakı Dövlət Universitetinin coğrafiya fakultəsini bitirimişəm. Guya mənbim burada özümü Azərbaycanın fəxri konsulu kimi təqdim etməyimlə bağlı Azərbaycana məkrli qüvvələr tərəfindən ötürülən informasiyalarda zərrə qədər də həqiqət payı yoxdur və tamamilə uydurmadır. Bizim təşkilatımız Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət təşkilatı adlanır. Bununla bağlı Ukrayna Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik və möhürümüz də var. Yəni iddiaların əksinə olaraq bildirirəm ki, tamamilə qanuni əsaslarda fəaliyyət göstəririk və bacardığımız qədər Azərbaycanımızı burada ləyaqətlə təmsil etməyə çalışırıq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler