Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Terrorla mübarizede Türkiyenin yanındayıq, bunu Türk xalqına söyleyin…”

12 Ekim 2016

3:00 pm


12/10/2016 [18:57]: xeber –
Millət vəkili Q.Paşayeva AŞPA-da çıxışından sonra millət vəkillərinin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna Türkiyənin İŞİD-ə qarşı apardığı mübarizə çərçivəsində Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fırat Kalkanı” əməliyyatları, onun hədəfləri və əldə olunan nəticələrlə bağlı sual ünvanlayıb. Xarici İşlər Naziri Mövlud Çavuşoğlu sualın cavabında AŞPA millət vəkillərinə “Fırat Kalkanı” əməliyyatı ilə bağlı geniş məlumat verib, onun hədəflərindən, əldə olunan nəticələr barədə geniş məlumatlar verib. O bildirib ki, Türkiyə terrorla mübarizədə Avropa ölkələrindən daha böyük dəstək gözləyir, çünki həyata keçirilən əməliyyatlar sadəcə Türkiyənin deyil, bölgənin, Avropanın və dünyanın təhlükəsizliyi üçün çox vacib və önəmlidir. Millət vəkili Q.Paşayeva isə xarici işlər naziri Mövlud Çavuşoğluna sualla müraciətinin sonunda “terrorla mübarizədə hər zaman Türkiyənin yanındayıq, bunu Türk xalqına söyləyin” deyib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler