Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Terrorçulardan biri Rusiya vetendaşı çıxdı

30 Haziran 2016

8:40 am


30/06/2016 [12:37]: xeber –
İyunun 28-i İstanbul şəhərinin Atatürk Hava Limanında terror aktı törədənlərdən birinin kimliyi məlum olub. Musavat.com-un məlumatına görə, Türkiyənin “Hürriyyet” qəzeti həmin şəxsin Rusiya vətəndaşı, çeçen Osman Vadinov olduğunu yazıb. Onun İŞİD üzvü olduğu bildirilir. Qəzetin yazdığına görə, hadisəni 3 terrorçu törədib. Onlar iyunun 28-i axşam saat 9 radələrində İstanbulun Fateh Vətən küçəsində Mahmud Bağışa məxsus taksiyə miniblər. İstanbul polisi həmin vaxt küçədəki təhlükəsizlik kamerasının terrorçuları qeydə aldığını üzə çıxarıb. Terrorçuların üç bel çantası və bir çamadanı olub. Onlar hava limanında xaricdən təyyarə reysləri ilə gələn şəxslərin çıxışı üçün nəzərdə tutulmuş terminalda taksidən düşüblər, çamadandakı partlayıcıları əyinlərinə keçirib, silahlarını gizlədərək dağılışıblar. Bundan sonra xaricə gedən və xaricdən gələn sərnişinlər üçün nəzərdə tutulmuş giriş-çıxışda və avtomobil parkında gülləbaran və partlayışlar törədilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler