Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Terror riski yalnız Azerbaycanda deyil, bütün ölkelerde mövcuddur”

29 Temmuz 2016

12:28 pm


29/07/2016 [16:25]: xeber –
Böyük
Britaniyanın “Daily Express” qəzeti Avropada turistlərin təhlükəsizliyi
baxımından problemli ölkələrin reytinqini tərtib edib və Azərbaycanın adını
terror riskinin orta olduğu ölkələr siyahısına salıb.

Maraqlıdır,
Azərbaycanda terror riski həqiqətəndə mövcuddurmu? Yoxsa bu, daha çox siyasi məqsədlərdən
irəli gələn bir açıqlamadır?

Məsələ
ilə bağlı sayt-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Ərəstun Oruclu terror riskinin yalnız Azərbaycana deyil, bütün dövlətlərə
xas olduğunu vurğuladı:

“Terror riski həmişə, bütün ölkələrdə mövcuddur. Sadəcə,
“Daily
Express” qəzetinin bunu kimə, nəyə əsaslanaraq yazdığını
bilmirəm.

Terror riskinin
hesablanması prosedurları var. Bu prosedurları adətən peşəkar qurumlar, beyin mərkəzləri,
anti-terror mərkəzləri həyata keçirir. Bu baxımdan həmin məqalədə kimin rəyinə əsasən
belə bir fikrin səsləndirildiyini bilmirəm. Amma ümumiyyətlə götürsək, terror
riskləri var. Azərbaycan geosiyasi qarşıdurmaların baş verdiyi məkana yaxındır,
daha doğrusu, geosiyasi baxımdan bu bölgənin tərkib hissəsidir. Digər tərəfdən,
geosiyasi qarşıdurmalar, terrorlar məişət zəminində icra olunur. Bu  baxımdan görünür, Azərbaycan əhalisinin müsəlman
əhalsi olması da nəzərə alınıb. Nəhayət, azərbaycanlıların bilavasitə münaqişə
zonalarında iştirakı var. Hansı ki, bu da terror riskinin dəyərləndirilməsi
baxımından rol oynayan amillərdən biridir”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler