Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Terror aktı zamanı Saakaşvilinin oğlu da Atatürk hava limanında olub

01 Temmuz 2016

1:40 pm


01/07/2016 [17:36]: xeber –
Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili öz Facebook səhifəsində paylaşdığı maraqlı açıqlama ilə diqqət çəkib.Saakaşvili qeyd edib ki, hücum ərəfəsində onun 10 yaşlı oğlu da aeroportun terminalında olub. Odur ki, qubernator həmin faciədə ölən və yaralananların acısını yaxşı anlayır. Gürcüstanın keçmiş prezidenti terror aktına görə dolayı yolla Gürcüstan hökumətini- daha doğrusu Bidzina İvanişvilini ittiham edib. O qeyd edib ki, terror aktının əsas təşkilatçısı əslən Çeçenistandan olan Əhməd Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.“Mən Gürcüstanda hakimiyyətdə olanda Əhməd Çatayev həbs edilmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişərkən, rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçəndə, yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxdı. Mən o zaman hələ də prezident idim və onun azadlığa buraxılmasına etiraz etdim. Lakin prokurorluq bu etirazı ləğv etdi. İndi o, çoxlu günahsızın ölümünə səbəb oldu”, – Mixail Saakaşvili yazıb.(olke.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler