Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Telli Borçalı baresinde dezinformasiya yayanları mehkeme ile hedeledi – ULTİMATUM

02 Temmuz 2016

5:32 pm


02/07/2016 [21:31]: xeber –
Ölkə.az saytı bir müddət öncə Aşıq Telli Borçalı keçmiş MTN generalı Akif Çovdarovla dostluq münasibətləri səbəbiylə istintaqa dəvət olunduğuyla bağlı iddia ilə çıxış edib. saytın iddiasına görə Telli Borçalı hüquq-mühafizə orqanlarının bu dəvətindən yayınaraq ölkəni tərk edib, nə zaman geri dönəcəyi isə məlum deyil… sayt – a açıqlamasında haqqında yayılmış xəbərlərə münasibət bildirən Telli Borçalı onun haqqında dezinformasiya yayıb məqsədli şəkildə dilə-dişə salanlara od püskürüb:“Bir müddət əvvəl də haqqımda ağılagəlməz, həqiqətə uyğun olmayan xəbərlər yayılmışdı. Həmin xəbərlərin stresindən çıxmamış indi də bu xəbərləri eşidib az qala havalanmışam. Bu xəbərləri kim yazır, kim yazdırır bilmirəm, bircə onu bilirəm ki, bu müqəddəs Ramazan ayında Allahın xoşuna gəlməyən günah işlə məşğul olurlar. Bu xəbərlərin arxasında kim durursa, Allah özü onun cəzasını verəcək. Deyim ki, mən o adamın, Akifdi kimdi,  adını heç düz əməlli bilmirəm, nəinki tanımaq, dostluq etmək. Elə bir adamın varlığından da məlum MTN hadisələrindən sonra xəbər tutmuşam, danışılanlardan, mətbuatda yazılanlardan xəbər tutmuşam. Mənim dostlarım saz, söz adamlarıdır, MTN-çilərlə nə dostluğum ola bilər axı”.  Telli Borçalı haqqında bu xəbərləri yayanları üzr istəməyəcəklərii təqdirdə məhkəməyə verəcəyini bildirib:“Sizə deyirəm ki, mənim Akif Çovdarovla dostluq münasibətlərim olmayıb, ümumiyyətlə o adamı tanımıram. Nə də məni heç bir hüquq-mühafizə orqanlarına çağırmayıblar. Ölkəni də tərk etməmişəm, vətənimdəyəm, evimdəyəm. Yalan xəbəri yazırlar, mənim fikrimi öyrənmirlər, bəhanə də edirlər ki, güya ölkəni tərk eləmişəm. sayt vasitəsilə ölkə.az saytının rəhbərliyinə müraciət etmək istəyirəm. Mənim haqqımda şərəf və ləyaqətimə toxunan, adıma ləkə gətirən xəbərlər yazdıqlarına görə onları məhkəməyə verəcəyəm. Belə etməsəm, yəqin ki, bir on gündən sonra da haqqımda daha betər xəbərlər yazacaqlar. Yenə də deyirəm, ya yazdıqlarının yalan olduğunu qeyd edib təkzib versinlər, kişi kimi gəlib üzr istəsinlər, ya da mən məhkəməyə üz tutacam. Mən də insanam, kiminsə əsəblərimlə oynamağına imkan verə bilmərəm. Qadınam, kiminsə övladıyam, kiminsə bacısıyam, adıma – sanıma ləkə salmağa çalışanların qabağından qaçan deyiləm. Mən susduqca xalq da elə biləcək ki, yazılanlar doğrudur deyə Telli səsin çıxarmadı. Bu işdə axıra qədər gedəcəm, ya üzr istəsinlər, ya da məhkəmədə görüşəcəm onlarla”.Qeyd edək ki, bu yaxınlarda Ölkə.az saytında Aşıq Telli Borçalının özündən 17 yaş kiçik olan sevgilisi olduğu haqqında da xəbərlər yayılmışdı. Aşığın “Xalq ulduzu” müsabiqəsinin laureatlarından olan 1986-cı il təvəllüdlü Ariz Hüseynovla sevgili olduğu deyilirdi. Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler