Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsilimize sağdan ve soldan baxış – İntellektual polemika…

03 Ekim 2016

5:48 pm


03/10/2016 [21:45]: xeber –
Təhsilimizə sağdan və soldan baxış  Texnoloji sıçrayış dövrünün təhsili həm idarəetmə, həm də məzmun baxımından sənaye dövrünün təhsilindən çox fəqlidir. Gələcəyin ehtiyaclarını ödəmək üçün daha bilikli, daha düşüncəli insan yetişdirmək üçün yeni yanaşmalar tələb olunur.Təhsildə baş verən bütün proses və hadisələri izləyən bir insan kimi “təhsilimiz dərk edilməmiş həqiqətdir” qənaətinə dəfələrlə gəlmişəm. Vətəndaşlarımız universitetlərin verdiyi tələbə bileti ilə ali məktəblərin verdiyi diplomu az fərqləndirirlər. Əsrin əvvəlində “uşaq mənimdir əgər, oxutmuram əl çəkin” düşüncəsi əsrin sonunda da eşidilir. Valideynlər övladlarını bilikli yox, diplomlu görmək istəyirlər. Ölkə məmurlarının bəziləri də təhsil müəssiəsinə işıq və istilik verən müqqəddəs məkan kimi yox, “bal çəlləyi” kimi baxırlar ki, barmaq bulasınlar. Elə ona görə də təhsil maşını təhsilə ayrılan pulu biliyə çevirə bilmir. Məktəbin ab-havası əvvəlki kimi cəlbedici deyil. Məktəb kamilləşmə yox, cırlaşma məkanı təsəvvürü yaradır. Qarabağ problemi və keçid dövrünün burulğanlıqları insanları çaşdırıb. Bəzi insanların məktəb hesabına tez varlanmaq həvəsi məktəbin nizamını pozub. Türk təhsil eksperti Cihan Nalbant ölkəsinin təhsil sistemini “çırıq əlcəyə” bənzədir. Çöldə qalan barmaqların bəzisi kimi, cəmiyyət üzvlərinin bəziləri keyfiyyətli təhsil ala bilmirlər. Belə bir mürəkkəb dövrdə təhsilimizin durumu çoxlarını qane etmir və hər kəsi düşündürür. Dünya təhsil sistemində təhsilimizin yeri hardadır? – sualına cavab verməyə çalışaq. Böyük Britaniyanın Legatum İnistitunun araşdırmasına (2012 il) görə ölkəmizin təhsili 142 ölkə arasında 87 – cidir. Belarus isə 21-ci yerdədir. Bu dövlətlərdən hər ikisi Sovetdən qopub, ancaq biri sovet təhsil sisteminin münasibətlərini qoruyub, digəri isə yox. Bu qədər böyük fərqin yaranmasını necə izah etmək olar? Metaforik yanaşsaq, sanki son 15-20 ildə içməli təhsil suyuna bir damcı çirkab qatılıb. İndi həmin çirkabı sudan təmizləmək zamanıdır. Bunun üçün böyük vaxta və müasir texnoloji laboratoriyaya ehtiyac var. Başqa sözlə, təhsili 87 – ci yerdən arzu olunan yerə gətirmək üçün (təhsil suyundan çirkabı təmizləmək üçün) qeyri – standart düşüncəli idarəçiyə ehtiyac var. Maraqlıdır ki, belə idarəçini pedoğoji kəsimin içərisindən yox, kənarda qeyri – standart düşüncəlilər içərisində axtarmaq lazım idi. Belə də oldu.Bir neçə il öncə təhsil naziri təyin edilmiş cənab Mikayl Cabbarov son günlərdə “Azərbaycan” qəzetinə geniş müsahibə (15.09.16) vermiş, AzTV – nin qonağı olmuş,  Bakı Şəhəri Təhsil İşçilərinin “sentyabr konfransı”nda (14.09.16) geniş məruzəilə çıxış etmişdi. Azərbaycan təhsilinin mövcud durumdan bəhs etmiş və yeni mərhələyə hansı uğurlar, perspektivlər və problemlərlə getdiyini söyləmişdi. Başqa sözlə, təhsildə forma və məzmünca baş verən dəyşiliklərdən danışmış, ictimaiyyəti düşündürən sualların bir qisminə işıq tutmuşdu.Təhsilə sağdan baxışTəhsil naziri qarşısında duran əsas hədəfi və məqsədi açıq mətnlə belə ifadə edir: “Təhsil Nazirliyinin əsas hədəfi odur ki, təhsil prosesinin baş verdiyi bütün sferalarda şəffaf mexanizm yaratsın. Yəni, müraciət edənlə məmur arasında birbaşa ünsiyyət olmadan məsələ həllini tapsın… Təhsil Nazirliyi təhsilin bütün sferalarında bu cür innovativ yanaşmaları davam etdirməyi əsas məqsəd sayır”. Vəzifə hərisliyi və varlanmaq həvəsi təhsili elə körlayıb ki, müraciət edənlə məmur görüşməməsi daha yaxşıdır, əks halda bir – birini düz yoldan çıxaracaqlar… Xəstə düşüncəli insanlardansa, elektron vasitə daha etibarlıdır. Bu gün rüşvətlə mübarizənin başqa yolu görünmür. Təhsilin gələcəyi ilə bağlı fikirlərini cənab nazir optimist şəkildə belə ifadə edir: “potensialımızı artırmaqla, innovasiyaları genişləndirməklə Azərbaycanı regionun təhsil mərkəzinə çevirməyi hədəfləmişik”. Təhsil mühitini sağlamlaşdırmaq, şəffaf idarəçiliyə keçmək və təhsilin keyfiyyəti artırmaqla ölkənı regionun təhsil mərkəzinə çevirmək. Yaxşı niyyətdir. Niyyət isə fəaliyyətin ruhudur. Bu niyyəti görmək üçün nazirliyin son illərdəki fəaliyyətinə qısaca nəzər salaq.                                                                                                                                Bu illərdə təhsildə həll edilən məsələlər də az deyil. Ancaq nəzərə almaq lazımdır ki, problemlərin sayı, həll edilən məsələlərin sayından qat-qat çoxdur. Bu səbəbdən də inkişafın dinamikası sıçrayışla yox, faizlərlə baş verir. Təhsil mühitini sağlamlaşdırmaq, keyfiyyəti artırmaq üçün bəzən həm strukur, həm də məzmun baxımından ciddi və orijinal addımlar atılır.   Struktur baxımından son illərdə təhsildə ciddi dəyşiliklər baş verib. Belə ki,  IT STEP akademiyasının açılması, Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlaması,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, Maarifçı Tələbə Kredit Fondu yaradılması, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanması İnstitutunun  Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna çevrilməsi, Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada Azərbaycan Dövlət İqtisad Universitetinin filialının yaradılması təhsil sahəsində görülən yeniliklərdəndir.Mənim düşüncəmə görə təhsilin əsas məqsədi düzgün qərarlar qəbul etmək incəsənətini gənclərə öyrətməkdir. Bu məqsədə gedən yol keyfiyyətli təhsildən keçir. Çünki düzgün qərarlar qəbul etməklə insanlar şəxsiyyətə, dövlətlər qüdrətli dövlətə çevrilirlər. Bu niyyətlə atılan bir sıra sistemli və ardıcıl addımlar (təmayüllü məktəblərin yaradılması, müəllimlərin və direktorların şəffaf təyin edilməsi, diaqnostik qiymətləndirmənin aparılması, müəllim peşəsini seçən abituriyentlərin diqqət mərkəzinə çəkilməsi, beş yaşlı uşaqların dövlət hesabına məktəbə hazırlıq təhsilinə başlaması, məktəb olimpiadalarının keçirilməsi, elektron dərsliklər hazırlanması, “məktəblilərin dostu” layihəsi və b.k.) sevindiricidir.   Bu addımların hamısına yox, ancaq bəzilərinə münasibət bildirək. Hesab edirəm ki, təmayüllü məktəblərin (siniflərin) yaradılmasının milli baxımdan müstəsna əhəmiyyəti var. Yeri gəlmişkən, bir türk atalar sözündə deyilir: “Çörəyin əli ilə qazanan insan fəhlədir. Çörəyin əli və ağılı ilə qazanan ustadır. Çörəyini əli, ağlı və ürəyilə qazanan insan isə ustaddır”. Çox illik müşahidələrim gəstərir ki, fənnə sevgisinə görə auditoriyadakı tələbələri üç qrupa bölmək olar: birinci və axırıncı partalarda oturanlar və bir də ortada oturanlar. Birinci sırada oturanlar diqqətlə müəllimi izləyir və qeydlər aparır. Onlar ixtisası sevənlərdir. Axırıncı sırada oturub mürgüləyənlər fənni sevmirlər, ancaq vaxt itirirlər. Orta sırada oturanlar yarımçıqlardır. Birinci sırada oturanlar ixtisası düz seçənlər, axırıncı sırada oturanlar isə səhv seçənlərdirlər. Əgər bütün sinif birinci sırada oturanlar kimi ixtisası düz seçsəydilər, onda biz də dünyanın qabaqcıl ölkələrindən biri olardıq. Bəla burasındadır ki, gənclərimiz düzgün seçim edə bilmirlər. Onlara bu işdə düzgün yol göstərən yoxdur. Bu işdə həm də valideynlərin günahı böyükdür. Auditoriyada birinci sırada oturanlar gələcəyin ustadlarıdır. Onlar seçdikləri ixtisası mənimsəmək üçün ağlından, əlindən və ürəyindən istifadə edirlər. Axırıncı sırada oturanlar isə gələcəyin fəhlələridir. Onların ürəyi və ağılı yatıb. Təmayüllü məktəblər gələcək ustadların sayın artırar. Gənclər sevdiyi və seçdiyi ixtisası gecə və gündüz öyrənməkdən yorulmazlar, nəticədə çox bilərlər. Birinci sırada oturan gənclər təhsil prosesindən ləzzət alir, axırıncı sırada oturanlar isə əziyyət çəkirlər. Təmayüllü məktəblər öyrənməkdən ləzzət alan gənclərin nisbi sayını artıracaq. Onlar xoşbəxtliyə gedən yolun başlanğıcındadır. Sevindirici haldır ki, keçən il 58 məktəbdə, bu il isə 124 məktəbdə təmayüllü məktəblər və qruplar yaradılmışdır.İkinci pedoqoji əhəmiyyətli məsələ beş yaşlı uşaqların dövlət hesabına məktəbə hazırlıq təhsilinə başlanması ilə bağlıdır. Şərqdə çoxdan məlum olan, Qərb dünyasının da qəbul etdiyi bir tərbiyyə üsulunda deyilir: ”Beş yaşına kimi uşağa qul olun, 5-15 yaşında uşaqla qul kimi davranın, 15 yaşından sonra uşaqla dostluq edin”.  Məlumdur ki, hər bir uşaq anadan müxtəlif ümumi qabiliyyətlərlə bərabər, bir neçə xüsusi qabiliyyətlə də doğulur. Beş yaşına qədər uşağa imkan vermək lazımdır ki, o, öz malik olduğu qabiliyyətləri qorxmadan sərgiləyə bilsin. Sonra həm ailə, həm də məktəb tərbiyyə sistemi vasitəsi ilə zərərli vərdişlərin inkişafını dayandırmalı, faydalı və xeyirli qabiliyyətləri isə təhsil vasitəsi ilə inkişaf etdirməlidirlər ki, nəticədə gənc dəyərli vətəndaşa çevrilə bilsin. Bir də təkrar edirəm ki, xüsusi qabiliyyətin seçilməsi ümummilli əhəmiyyət daşıyır və xoşbəxtliyə gedən yolun başlanğıcıdır. Son illərdə təhsil sistemində görülən işlər nəticə verirmi? – suala cavab vermək üçün  IX və XI siniflərin buraxılış, ali məktəblərə qəbul imtahanlarının nəticələrini izləmək kifayətdir. Cənab nazir müsbət dinamikanı rəqəmlərlə belə ifadə etdi: “ötən illərlə müqayisədə 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika var. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord miqdarda – 34475 nəfər (43, 9%) təşkil edir. Bu rəqəm 2015-ci ildə 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34, 7%) təşkil edib”. Qeyd edək ki, bu il 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb.Təhsil naziri bəyan etdi ki, “artıq 3 ildir hər bir ixtisas qrupu üzrə nəticələr yüksəlir. Bu onu göstərir ki, apardığımız islahatlar hər hansı bir coğrafi məkan və ya ixtisas qrupu ilə məhdudlaşmır, hər bir şagirdin nailiyyətlərinə təsir edir”. Təhsil mühitinin sağlamlaşması təhsil sferasının bir çox sahələrində müşahidə edilir. Müəllimlərin işə qəbulunda, direktorların təyinatında şəffaflıq yaradılıb. Bu səbəbdən də hər sahədə ciddi müsabiqə müşahidə olunur. Misal üçün Respublika fənn olimpiadalarının birinci mərhələsində iştirakçıların sayı 27 500 nəfərə çatıb. Bu il 260 şagird olimpiadanın qalibi adına layiq görülənlərin arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etmişdir. Qeyd edək ki, təhsilin keyfiyyətinin coğrafiyadan asılı olmaması vacib göstəricidir.Yuxarıdak rəqəmlər göstərir ki, müsbət dəyşiliklər olsa da, zəruri bilik səviyyəsi  kafi deyil. Təhsil maşını pis işləyir, hələ pulu biliyə pis çevirir. Bu qüsuru üzə çıxarmaq üçün “məqbul hədd” anlayışından istifadə edilməlidir. Dövlət mənafeyi tələb edir ki, gənclər məqbul həddən çox bilsin. 700 ballı şkalada bu hədd 420 – dır. Fərz edilir ki, bu baldan yuxarı bilik nümayiş etdirən ali təhsilli gənc təyyarə sürə bilər, həkim işləyə bilər, dəyərli hüquqşünas ola bilər. Bizim bu gün istifadə etdiyimiz 200 bal dövrün tələblərindən çox geri qalır. Bu göstəricini yüksəltmək lazımdır. Bunun üçün düşünürəm ki, elmi biliklərin (fizika, riyaziyyat, biologiya, kimya və b.k) tədrisi metodikası həm nazirlik (həm də AMEA) tərəfindən üstün istiqamət kimi diqqət mərkəzinə çəkilməlidir. Milli mənafe baxımından təbabət və elmi fənlərin metodikası elmi istiqamət kimi digər tədqiqat istiqamətlərindən daha faydalı olduğu qənaətindəyəm.Son illərdə IX siniflər üzrə nəticələr daha ürəkaçandır. 2012-ci ildə iki məzundan biri, bu ilki IX siniflər üzrə buraxılış imtahanlarında hər 3 məzundan ikisi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. Həmçinin XI siniflər üzrə imtahanlarda məzunların 65 faizi bütün fənlərdən müsbət qiymət alıb. Aparılan məqsədyönlü işlər nəticəsində bu il müəllimlik peşəsini seçən yüksək ballı məzunların sayı, ötən illə müqayisədə 10 dəfə çoxdur. Bu əslində təhsilimizdə baş verən və öyrənməsi zəruri olan yeni fenomendir.                                           Cari ildə ali məktəblərə ən çox tələbə qəbul olunub. Yəni ali təhsini əlçatanlığı artmışdır. Əlbəttdə, bu çox sevindiricidır. Qeyd edim ki, inkişaf etmiş ölkələrlə müqayisədə biz bu sahədə çox iş görməliyik. Burada meyar olaraq adətən ali təhsillə əhatə əmsalından istifadə edirlər. Bu əmsal orta məktəbi qutarmış hər yüz gəncin neçəsini ali məktəblərə daxil olduğunu göstərir. Bu əmsal inkişaf etmiş ölkələrdə 80% dən çoxdur, biz də isə bu göstərici 20% dən azdır. Əgər əsrin əvvələrində ali təhsilli insanlarımızın sayı 100 nəfərdən az idisə, indi elə ailələrimiz var ki, üzvləri hamısı ali təhsillidir. Çalışmaq lazımdır ki, bütün ailələrimiz ali təhsilli olsunlar.Ölkəmizdə ali təhsil ocaqlarında da dirçəliş başlayıb. Bu il Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılmış İctimai Şura üzvləri ilə bərabər yaz imtahan sesiyasını yaxından izlədik. Tələbələr və valideynlərlə söhbət etdik. Sevindirici haldır ki, narazılıqla qarşılaşmadıq. UNEC –də alimləri elmi-pedoqoji fəaliyyətinin differensial qiymətləndirilməsi mütərəqqi yenilikdir və yayılmasına ehtiyac var.                                                                                                          Tədqiqat universitetlərinin yaradılması ideyasını da ali təhsil sistemində irəliləyə doğru bir addım hesab etmək olar. Hansı dünya universitini örnək olaraq götürmək olar? – sualına cavab olaraq ABŞ – ın Stanford universitetini göstərmək olar. Bu özəl universitet ildə dünyanın hər yerindən təqribən 6700 tələbə, 8000 aspirant qəbul edir. Google, Hewlet Packard, Yahoo, Nvidia, Cisco Systems kimi yüzlərlə şirkətlər bu universitetin tələbələri tərəfindən qurulmuşdur.  Ümumilikdə bu universitetin iştirakı ilə qurulmuş 39 900 şirkətdə 5,4 milion insan çalışır. İllik gəliri 2, 7 milyard dollardır.Bizim də belə ağıl mərkəzinə ehtiyacımız böyükdür. Zənnimcə geriliyimizin səbəbini tapmaq üçün iki şey etməliyik. Birincisi, geriliyimizi qəbul etməliyik, ikincisi isə bu (və ya belə) universitetin inkişaf səbəblərini öyrənməliyik. Güman edirəm ki, bizim yaratmaq istədiyimiz milli tədqiqat universitetləri də ali savadlı gənclərdən daha çox, alimlər yetişdirəcəklər.Güman edirəm ki, “dəyərlərə əsaslanan təhsil” siyasətinin gündəmə gətrilməsi bu sahədə milli və mənəvi dəyərlərin qorunmasına və inkişafına təkan verəcəkdir. Nəinki ölçülə bilən, hətda vətənpərvərlik, millətsevərlik, haqqsevərlik və bunun kimi ölçülə bilməyən dəyərlərin də nazirin müzakirə masası üzərində olması əhəmiyyətli haldır. Türklər deməli “gələnəkləri olmayan xalqın gələcəyi də olmaz”. Təhsil Naziri cənab Mikayıl Cabbarovun məqaləsi, çıxışı və müsahibəsində təhsildə əldə edilən uğurları təqdim edildi və cəmiyyəti dialoqa səslədi. Təhsili hörmətdən salan problemlərin adın çəkdi, onunla mübarizə aparır və bunun üçün yeni idarəçilik metodundan istifadə edir. Cəmiyyətdən əks rabitə istədi, təkliflər gözləyirik – dedi. Bir halda kı, cənab nazir ictmaiyyəti müzakirəyə dəvət edir, fürsətdən istifadə edərək təhsildə həlli vacib olan bəzi problemləri diqqətə çatdırmaq istəyirəm.                                               Təhsilimizə soldan baxış…Ardı var…Şahlar Əsgərov, Əməkdar elm xadimi, professor


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler