Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsilde islahat belemi olur?

07 Eylül 2016

9:40 am


07/09/2016 [13:37]: xeber –
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.03.2016-cı il tarixli 143 nömrəli əmri ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları” əsasında həyata keçirilən yeni proses ilk baxışda təhsil sistemimizdə nəhayət ki, mütərəqqi islahatların başlanmasına böyük ümidlər yaratdı.Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə (əslində bu ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə müsabiqə (test imtahanı) olduğu təqdirdə müsahibə mərhələlərinin dayandırılması elan edilmişdi) mərhələsinə buraxıldı. Onlardan yalnız 208 nəfəri, tam yarısından azı ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olundu.Hər şeydən əvvəl statistik göstəricilərə nəzər salsaq, ümumi məqsədin – vakant (597) elan edilmiş yerlərə şəffaf rəqabət əsasında layiqli namizədlərin seçilməsinin özü lüzumsuz “MÜSAHİBƏ” mərhələsinin nəticələri ilə heçə endirilmiş olur. Belə ki, insafən tam şəffaf keçirilmiş müsabiqə (test imtahanı) mərhələsinin nəticələri yetərli idi ki, prosesin obyektiv meyarlar əsasında baş tutmasını tamamlasın. Çünki, lazım olan 597 vakansiya yeri heç hələ müsabiqədən sonra tam ödənilmədi, 81 (597-516) vakant direktor yeri təmin olunmamış qaldı. Nəzərə alsaq ki, bu prosesə qədər əvvəlki illərdə həmin yerlərin hamısı yerli icra hakimiyyətləri tərəfindən neqativ metodlarla (rüşvət, korrupsiya, qohumbazlıq və s.) qoyulmuş şəxslərin ixtiyarındadır, onda məktəblərdəki acınacaqlı durumu təsəvvür etmək elə də çətin deyildir. Lakin, bununla kifayətlənilməyib tapmaca kimi vaxtı mücərrəd saxlanılan (e-sistemlə deyil, telefonla məlumatlandırılan) lüzumsuz müsahibə mərhələsində “baltanı” lap kökündən vurdular. Bir sözlə, müsabiqə mərhələsinin az-çox pozitiv nəticələri məhv edildi, uğur qazanmış namizədlərin yarı faizindən çoxu, 516 nəfərdən 308 nəfəri “şəxsi mülahizə” meyarlarının güdazına verildi.Bu ilin mart ayından başlanan və yeni qaydalarla həyata keçirilən bu prosesin iflasa uğraması əvvəlki neqativ üsullardan faydalanan korrupsioner yerli məmurların mövqeyini daha da gücləndirmiş oldu. Belə ki, dəfələrlə mərkəzləşdirilmiş imtahan mərhələsindən keçə bilməyən, lakin, illik vəzifədə qalmağa görə “xərac” ödəməyə məcbur olan qeyri-legitim “direktorlar” daha çox qısnama metodlarına tabe olmaqla istənilən “qara töycü” ödəməyə sövq ediləcəklər. Bu isə sonda müəllimlər və valideynlərin soğan qabığı kimi soyulmasına və ümumilikdə təhsilin məhvinə rəvac verəcək.Lakin, vəziyyətin sağlamlaşdırılması üçün bütün imkanlar tükənməyib. Əgər Təhsil Nazirliyi 15 sentyabradək (əsasən də nazir Mikayıl Cabbarov) özündə təpər tapıb uğursuz “müsahibə” mərhələsinin nəticələrini ləğv etsə (buna qanuni əsas da var), müsabiqədən uğurla keçən (516) namizəddən “qəssablıq əməliyyatının” doğradığı” 308 nəfərin də haqqlarını tanımaqla ədaləti bərpa edə bilər. Başqa sözlə, “ziyanın yarısından qayıtmağa da əhsən deyərlər!”. Məqsəd olaraq təhsil sistemində islahatların aparılmasını nəzərdə tutan bu prosesin elə ilk mərhələdəcə neqativləşdirilməsi aradan qaldırılmayınca növbəti illərdə prosesin səmərə verəcəyinə heç bir lüzum və inam qalmayacaq!Rasim Zeynalov


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler