Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsilde inkişaf ve innovasiyalar üzre qrant layiheleri maliyyeleşdirilecek

05 Ağustos 2016

8:00 am


05/08/2016 [11:57]: xeber –
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.Təhsil Nazirliyinin mətbuat xidmətindən sayt-a verilən məlumata görə, qrant proqramı çərçivəsində məzmun, tədris və qiymətləndirmə ilə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin müəyyənləşdirilməsi, əldə olunan nailiyyətlərin təhsil islahatlarında nəzərə alınması yolu ilə daha faydalı nəticələrin əldə olunması mümkündür. Layihələr üzrə fəaliyyətin monitorinqi maliyyə resurslarından daha səmərəli istifadə imkanı yaradacaq, müxtəlif səviyyəli məktəblər və müəllimlər əhatə olunduqları şəraitə uyğun, mövcud problemlərin həllinə yönəlmiş təşəbbüslər irəli sürə biləcəklər.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler