Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tehsil ocağını bağlamaq en böyük günahdır…”

20 Temmuz 2016

1:20 pm


20/07/2016 [17:16]: xeber –
“Bu dəqiqələrdə ‪QafqazUniversiteti‬’nin bağlanması xəbərini eşitdim. Bunun haradan qaynaqlandığını hamı kimi mən də bilirəm. Elə buradaca qeyd edim ki, dəfələrlə o universitetə dəvət alsam da heç vaxt orada olmamışam. Çünki Universitetin tək tədrislə bağlı olmadığını eşitmişdim. Bununla belə bu gün Azərbaycanda TQDK-nın imtahanlarından ən yüksək bal toplayan tələbələr də məhz orada təhsil alırdılar. Azərbaycanda korrupsiya çirkabına bulaşmayan da məhz bu tədris ocağı idi. Bu gün təhsilimizin acınacaqlı durumunda belə bir tədris ocağının bağlanmasını olduqca səhv addım sayıram. Qafqaz Universitetində ciddi problemlərin olduğu, hansısa qruplara bağlı olduğu, tək tədris məqsədi güdmədiyini anlayıram. Belə halda həmin nöqsanları aradan qaldırmaqla tədris ocağını saxlamaq, onun müsbət ənənələrini davam etdirmək olardı. Hakimiyyət isə başqa, ən yüngül və zərərli yolu seçdi. Sadəcə, ləyəndəki çirkli su ilə birlikdə orada çimizdirilən körpəni də küçəyə atdı. Yenə keçmiş Rusiyanın Baş Naziri Çernomırdinin məşhur ifadəsi yadıma düşdü: yaxşı etmək istəyirdik, həmişəki kimi alındı (xотели как лучше, а получилось как всегда).”P.S. Təhsil ocağını bağlamaq ən böyük günahdır.Aslan İsmayılov. tanınmış hüquqşunas




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler