Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsil Nazirliyinde İlham Nağıyev müemması…

05 Ağustos 2016

5:32 pm


05/08/2016 [21:31]: xeber –
Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Doğrudur, dərslər sentyabrın 15-də başlayacaq və hələ şagirdlərin sinif otaqlarına daxil olacağı günə bir aydan artıq vaxt var. Amma qaydalara görə yeni dərs ili avqustun sonlarından başlayır və məzuniyyətləri başa çatan müəllimlər şagirdlərdən xeyli əvvəldən məktəblərdə iş başında olurlar.Bundan başqa bu il ilk dəfə sinif otaqlarına qədəm qoyacaq müəllimlər də olacaq. Özü də nə az, nə çox, 30 minə yaxın. Daha doğrusu, dəqiq rəqəmlərlə ifadə etsək, nazirliik tərəfindən 22 iyul–3 avqust tarixlərində keçirilən test imtahanı mərhələsində elektron ərizəsi təsdiq edilən 31 779 nəfərin 27 814 nəfəri iştirak edib. Artıq müsabiqənin üçüncü mərhələsinə–vakansiya seçimlərinə də start verilib. Namizədlər 7 avqust saat 00:00-a kimi davam edəcək bu mərhələdə şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçəcəklər.Qeyd edək ki, hazırda respublikanın ümumi təhsil müəssisələrində mövcud olan 3 381 vakansiya müsabiqəyə çıxarılıb. Növbəti mərhələyə keçmək hüququ əldə etmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.Amma sayt öyrənib ki, imtahanlar yekunlaşsa və müəllimlərin vakansiya seçmələri başa çatmaqda olsa da bu il tələb olunan balı toplamış xeyli sayda iddiaçının müəllim olmaq arzusu gerçəkləşməyə bilər. Buna səbəb nazirlikdə bu məsələ ilə məşğul olan insan resursları şöbəsinin müdiri İlham Nağıyevlə bağlı yaranan müəmmadır. Xatırladaq ki, nazirlikdəki digər qeyri-pedaqoji ixtisaslı həmkarlarından fərqli olaraq kifayət qədər peşəkarlığı ilə seçilən İlham Nağıyev son dövrlərədək vaxtaşırı mediada görsənirdi, telekanallardakı proqramların qonağı olurdu və bu sahədə pedaqoji ictimaiyyəti maraqlandıran çoxsaylı suallara cavab verilirdi. Amma son vaxtlar biz onu ekranlarda və elektron medianın səhifələrində görə bilmirik. Hətta təsdiqlənməyən məlumatlara görə İlham Nağıyevin hansısa səbəbdən nazirliklə yolları ayrılıb. Doğrudur, bu, sadəcə ehtimallar səviyyəsindədir və hələlik bu barədə rəsmi açıqlama olmadığından birmənalı iddia ilə çıxış etmək qeyri-etik olardı. Amma ilin-günün bu vaxtında və obrazlı desək, müəllimlərin işə qəbulu prosesinin “razqar” çağında nazirliyin insan resursları şöbəsinin müdirinin gözə dəyməməsi şübhələri artırır. Ümid edək ki, bu şübhələrimiz təsdiqini tapmayacaq və biz tezliklə İlham Nağıyevin müəllimlərin işə qəbulu prosesinin mövcud durumu ilə bağlı açıqlamalarını oxucularımıza təqdim edəcəyik.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler