Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsil Nazirliyi de “NAZ” alanların sırasına qoşuldu

21 Haziran 2016

10:36 am


21/06/2016 [14:34]: xeber –
Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomobillər Azərbaycandadır. Bu barədə Modern.az-a “NAZ”-ın icraçı direktoru Musa Abdullayev bildirib.Onun sözlərinə görə, ilkin olaraq ölkəyə 130 ədəd avtomobil gətirilib:“Bunlar “320” modelinə aid avtomobillərdir. Artıq avtomobillər sifarişçilərə çatdırılır”.M.Abdullayevin sözlərinə görə, budəfəki sifarişçilərin arasında Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, qeyri-hökumət təşkilatları var.Buna qədər “Gəncə Avtomobil Zavodu”, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti” və “Azpetrol”, Dövlət Neft Şirkəti, “Cahan Holding” də “NAZ” alanlar sırasına qoşulub.Naxçıvan Avtomobil Zavodu hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar “NAZ-lifan” 720,  “NAZ-lifan” 820 (Premium modellər), “NAZ-lifan” 620, “NAZ-lifan” 630 (sedan modellər), “NAZ-lifan” X50 və X60 (SUV), “NAZ-lifan” 320 və 330 (mini) modelləridir.“NAZ-lifan” 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan” 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler