Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsil Nazirliyi BDU mezununu müellum olmaq haqqından nece mehrum etdi? – MƏNTİQSİZLİK

31 Temmuz 2016

7:52 am


31/07/2016 [11:50]: xeber –
Bu gün ölkə mediası və bütövlükdə cəmiyyət qəbul imtahanlarının nəticələrini müzakirə edir, abituriyentlərin yarıdan çoxunun minimum balı toplaya bilməməsini, 200 baldan aşağı nəticə göstərməsini ölkənin təhsil sisteminin acınacaqlı durumda olmasının əlaməti kimi xarakterizə edirlər. Təhsil Nazirliyi rəsmiləri isə daş atıb başlarını tuturlar ki, həmin abituriyentlərin əksəriyyəti ötən illərdə orta məktəbi bitirmiş məzunlardır və onlar tədrisdən bir neçə il öncədən aralaşdıqlarından bu cür acınacaqlı mənzərə ilə rastlaşırıq.Amma gəlin razılaşaq ki, bu gün ölkənin müəllim kontingentinin az qala yarıdan çoxu ötənlərdə ən aşağı ballarla ali məktəblərə qəbul olunmuş şəxlərdir. Son illər ərzində ölkə təhsilinin qara yarasına çevrilmiş Azərbaycan Müəllimlər İnstitutu (AMİ) və onun ölkənin dörd bir tərəfinə səpələnmiş filialları vurma cədvəlini bilməyən, avtobioqrafiyasını və hətta bir çox hallarda adını-soyadını doğru-dürüst yaza bilməyən əli diplomlu savadsızlar ordusu müxtəlif əyri yollarla müəllim adını qazanıblar və beləcə ölkənin gələcəyini –  gənc nəslin savadsız yetişdirilməsinə baiskar olublar. Halbuki ölkənin ən nüfuzlu ali məktəblərinə yüksək balla qəbul olunub uğurla təhsilini başa vuran məzunlar guya qeyri-pedaqoji ixtisas bitirdiklərinə görə müəllim olmaq imkanından məhrum edilirlər. Elə sayt-a daxil olan bir şikayət məktubunda da bundan bəhs edilir. Məmmədov Orxan Əli oğlu 2103-cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. Bir illik hərbi xidmətdən sonra müəllim işləmək üçün  imtahan verərək 56 balla Şamaxı şəhərində tarix müəllimi işləmək hüququ qazanıb. Amma əmək haqqının heç kirayə puluna çatmaması üzündən 3 aydan sonra öz ərizəsi ilə işdən azad olunub. Bütün il boyu hazırlaşaraq bu il təkrar imtahan verib Bakıdakı məktəblərin birində müəllim işləmək arzusunu isə gözündə qoyublar. Belə ki, sənədlərini verərkən Təhsil Nazirliyindən onu şoka salan cavab alıb – sənin ixtisasın qeyri-pedaqoji olduğuna görə imtahan verə bilməzsən.Orxan Məmmədov da od tutub yanır ki, əgər mənim ixtisasım qeyri-pedaqoji idisə, niyə ötən il imtahan verib gedib 3 ay da dərs demişəm? Üstəlik, necə olur ki, 480 balla daxil olub oxuduğu ən nüfuzlu fakultənin məzunu dərs demək haqqına sahib olmadığı halda hansı əsasla və məntiqlə AMİ-ni saxta yolla, bir çox hallarda 150 balla daxil olub zorla bitirin məzuna auditoriyaya girib şagirdlərin evin yıxmağa icazə verilir?Yəqin ki, Təhsil Nazirliyi və şəxsən nazir Mikayıl Cabbarov Orxan Məmmədov kimi minlərlə gəncin arzularının üstündən niyə xətt çəkilməsini özünəməxsus arqumentlərlə əsaslandırmağa çalışacaqlar. Bu arqumentlərin nə dərəcədə əsaslı olub-olmamasını müəyyənləşdirməyi isə təhsil ekspertlərinin mühakiməsinə buraxırıq. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler