Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsil naziri istefa verdi – Serxoş halda maşın sürdüyü üçün

13 Ağustos 2016

11:00 am


13/08/2016 [14:56]: xeber –

 sayt xarici mediaya istinadən xəbər verir ki, Danimarkada bir konsertə iştirak edən və qayıdanbaş
polislər tərəfindən spirtli içki qəbul etdiyi aşkarlanan isveçli nazir vəzifəsindən
istefa verib.

İsveçin təhsil naziri Aida Hadzialic bu olayın
ardından bu gün mətbuat konfransı keçirərək vəzifəsindən istefa verdiyini
bildirib.

Mətbuat konfransında spirtli içki qəbul etməklə həyatının
ən böyük səhvini etdiyini söyləyən nazir “Spirtli içki ilə maşın sürmək ola
bilməz və heç düşünülə bilməz” deyib.

Dünən axşam Danimarkanın paytaxtı Kopenhagendə izlədiyi
konsertdən sonra Malmöyə gələrkən yol polisinin spirt nəzarətindən keçirilən və
qanında 0.2 promil spirt müəyyən edilən isveçli nazir konsert ərəfəsində iki stəkan
şərab içdiyini etiraf edib: “Konsert sonra spirtin təsirinin keçmiş ola biləcəyini
düşünərək sükana oturdum. Demək ki, keçməmiş. Bu indi nəticəsini ödədiyim böyük
bir səhv idi. Etdiyimin böyük bir səhv olduğunun fərqində olduğum üçün istefa
edirəm”.

Qeyd edək
ki, 1992-ci ildə Yuqaslaviyadakı vətəndaş müharibəsi zamanı 5 yaşında ikən ailəsi
ilə birlikdə İsveçə sığınan Bosniya mənşəli Aida Hadzialic 2014-ci ildən Sosial
Demokrat Partiyanı təmsil edən koalisiya hökumətində nazirlik edirdi.

 

Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler