Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsil kreditleri ile bağlı bir il güzeşt

28 Haziran 2016

8:36 am


28/06/2016 [12:34]: xeber –
Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tələbələrə təhsillərini davam etdirmək məqsədilə veriləcək kreditlərin ödənişi ilə bağlı bəzi yeni məqamları açıqlayıb.Tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunacaq. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq.Bu kreditləri tələbə təhsilini başa vurduqdan – işlə təmin olunduqdan sonra ödəməyə başlayacaq. Tələbə uzun müddət işsiz də qala bilər. Belə halda, kreditin qaytarılması mexanizmi necə olacaq?Fonddan bildirilib ki, bununla bağlı olaraq məzunlara bu məsələdə 1 il güzəşt ediləcək.Tələbə təhsilini başa vurduqdan 1 il sonra bu kreditləri qaytarmağa başlamalıdır. Oğlanlar üçün isə güzəşt müddətinə hərbi xiddmətdə olduğu müddət də əlavə olunur, yəni bu halda güzəşt müddəti 2 il təşkil edəcək. Kreditlərə faizlər onların qaytarılmasına başlanan zamandan, yəni güzəşt müddəti bitdikdən sonra hesablanacaq. Başqa sözlə, təhsil müddətində götürülən kreditlərə faiz hesablanmayacaq.Tələbənin təhsilini başa vurduğu illə onun işlə təmin olunduğu dövr ərzində olan müddət üçün kreditə görə faizin hesablanıb-hesablanmayacağına gəldikdə fonddan qeyd edilib ki, kreditlərin qaytarılması güzəşt müddəti bitdikdən sonra başlanacaq. Tələbə kreditləri ödəməyi gecikdirərsə, bu halda gecikmə müddəti nəzərdə tutulan ümumi ödəmə müddətindən (60 ay) çıxılacaq.Tələbənin götürdüyü kreditlərə görə ödəyəcəyi məbləğ nəzərdə tutulan ümumi ödəmə müddətində (60 ay) dəyişməyəcək.(Trend)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler