Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tehsil islahatları qeyri-peşəkarlar terefinden aparılır”

23 Temmuz 2016

5:08 pm


23/07/2016 [21:07]: xeber –
Son
günlər Fətullah Gülən və onun tərəfdarlarına bağlı olduğu ehimal edilən bəzi
universitet və litseylərin bağlanması, yaxud müstəqillikdən məhrum edilməsi
prosesi müşahidə edilir. Maraqlıdır, bu proses Azərbaycan
təhsilinə zərbə vura, onun onsuz da aşağı olan keyfiyyətini bir qədər də aşağı
sala bilərmi?

sayt-a
açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı məsələ ilə
bağlı maraqlı fikirlər səsləndirib:

“Əvvəlcə qeyd edim ki, Azərbaycan hələ o qədər də güclü dövlət deyil. Bir çox problemləri var. Ona görə də tez-tez ərköyün qonşuların tələbləri
ilə hərəkət etməyə məcbur olur. Şimaldakı bir cür, cənubdakı başqa cür tələblər
irəli sürür, lakin təhsil müəssisələrinin açılıb-bağlanması məsələsində ölkəmiz
üçün daha münasib yollar tapmaq gərəkdir. Hər bir ölkədə digər müəssisələrə
nümunə olacaq ali təhsil ocaqları, liseylər, məktəbəqədər müəssisələr
olmalıdır. Müasir təhsildə bu sahədə ən gözəl təcrübə kimi müəllim- tələbə
(şagird) münasibətləri və, əlbəttə ki, təhsilin səviyyəsi, müəllimlərin öz
biliklərini tələbələrə təmənnasız verməsi, müasirlik, çeviklik, praktiklik
götürülür. Bunların hər biri türk liseylərində, o cümlədən sonuncu bağlanmış
Qafqaz Universitetində vardı. Təəssüf ki, cəmiyyətimiz belə bir nümunəvi təhsil
müəssisəsindən məhrum oldu.

Digər
tərəfdən, əgər bağlanan təhsil müəssisələrinə başqa adlarla müstəqillik verilsəydi,
yaxud cəmiyyətdə yüksək qiymətləndirilən təhsil ocaqlarına birləşdirilsəydi
başa düşülərdi. Məsələn, Qafqaz Universiteti hara, onun tabeliyinə
verildiyi məktəb hara. Bunu eşidən hər kəs təəccüb və təəssüf hissi keçirir.
Artıq bu kimi xəbərlər onsuz da təhsilimizin inkişafı ilə bağlı zəifləmiş ümidlərimizin
üzərinə düzlu su səpir. Çox təəssüflü haldır. Ümumiyyətlə, belə təəssürat
yaranır ki, xüsusilə son 15-20 il ərində təhsildə aparılan islahatlarla, yeni
nümunələrin yaradılması ilə bağlı verilmiş uğursuz qərarlar bu sahəyə yaxşı bələd
olmayan, onun dərinliklərini bilməyən mütəxəssislər tərəfindən hazırlanır. Əks
halda uğursuzluqlarımız daha az olardı. Təhsilimizin inkişafında illəri itirməzdik”.

 

Seymur
Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler