Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsil haqqını ödemek üçün sabah son gündür -Valideynler çaresiz durumda…

24 Ağustos 2016
6:56 am


24/08/2016 [10:53]: xeber –
Avqustun 25-i ali təhsil müəssisələrinin ödənişli ixtisaslarına qəbul olan abituriyentlərin tələb edilən təhsil haqqını ödəmək üçün son günüdür. Bu da onların üzündəki təbəssümü sanki dondurub. Çünki təhsil haqqını ödəyə bilməyən abituriyentlər tələbə adından məhrum olacaq.1-ci kurs olduğu üçün təhsil haqqının hissələrlə deyil, bütöv istənilməsi valideynləri çıxılmaz vəziyyətə salıb. Fantastik təhsil haqqını, kirayə pulunu, tələbənin yaşayışını ödəməyi gözə ala bilməyən, buna orta aylıq gəlirinin çatmayacağını bilən bir çox valideynlər ödənişli ixtisaslardan imtina edib. Bir sıra valideynlər isə bir qarın ac bir qarın tox, borca girərək övladını çətinliklə də olsa oxutdurur. Ali məktəblərə qəbul olan 440 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiqləməyib. Nəticədə onlar ali məktəblərə qəbuldan kənarda qalıblar. Ümumiyyətlə, iyulun 29-dan avqustun 10-na kimi ali təhsil müəssisələrinə ixtisas seçimində iştirak edən 38 min 113 abituriyent qəbul olunmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. Təəssüflə qeyd etməliyik ki, ali təhsil müəssisələrində tətbiq edilən ödənişlər orta statistik azərbaycanlı ailəsinin illik büdcəsindən artıqdır. Digər ölkələrdə təhsil haqları əhalinin ümumi vəziyyətinə, gəlirinə görə müəyyənləşdirilir. Bir sıra Avropa ölkələrində isə ümumiyyətlə, təhsil haqqı yoxdur. Məsələn, İsveçrədə hətta özəl universitetin fəaliyyət göstərməsi qadağandır. Böyük Britaniya və Fransada təhsil haqları simvolikdir. Birləşmiş Ştatların özəl universitetləri isə tələbələrdən təhsil haqqı almadan onların 1/3-nə, təxminən 30 faizdən artığına təqaüd verir. Türkiyədə isə təhsil haqları ilə bağlı məsələlərə xüsusi nəzarət mexanizmi var. Hər hansı ali məktəbə imkan verilmir ki, istədiyi qiyməti qoysun. Müəyyən qurumlar əhalinin sosial vəziyyətini, onun illik nə qədər təhsil haqqı verə biləcəyini hesablayır.Azərbaycanda isə tələbələrə heç bir güzəşt, tələbə krediti yoxdur. Hətta yenicə qəbul olan abituriyentlərə təhsil haqqını hissə-hissə ödəmək imkanı da verilmir. Bu yalnız 2-ci kursdan etibarən tətbiq edilir. “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bizim kimi ölkələrdə ödənişli təhsilin əslində 30 faizi ötməməli olduğunu dedi: “Böyük fransız yazıçısı Viktor Hüqonun 14 yanvar 1850-ci ildə Fransa Qanunvericilik Assambleyasında maraqlı çıxışı olub.Hüqo Fransada təhsilin gələcəyi haqqında bunları deyib: ”Dövlət tərəfindən yaradılan, eləcə də bütün insanları-fitri istedada malik olanları və istedaddan kasad olanları cəlb edən, onları ən yaxşı müəllimlərlə, ən yaxşı tədris metodları ilə təmin edən, elmilik və müntəzəmlik nümunəsi olan bu gözəl ödənişsiz, əsl fransız milli təhsil sisteminin sayəsində milli düha, şübhəsiz ki, ən yüksək tərəqqiyə çata bilər. Elmin qapıları bütün bacarıqlı insanların üzünə taybatay açıq olmalıdır”. Bu fikir indi də fransız təhsil sisteminin ana xəttini təşkil edir. İndi bir anlıq təsəvvür edin Qori Müəllimlər Seminariyası pullu olsaydı, bu qədər dühalar yetişə bilərdimi? Müasir dünyada təhsilin kütləviliyi onun ödənişli olmasına yol açdı. Ancaq ölkələr spesifikliyi ilə bir-birindən fərqlənir. Məsələn, bizim kimi ölkələrdə ödənişli təhsil 30 faizi ötməməli idi. Ödənişli təhsilin faizinin yüksək olması mütəxəssis hazırlığına da təsir edir. Yaxud Sovet İttifaqında təhsil pullu olsaydı, Qoşqar Əhmədov, Abbas Zamanov, Yəhya Məmmədov, Məcid Rəsulov, Cəlal Allahverdiyev, Arif  Babayev və başqa görkəmli alimlər yetişə bilərdimi? Əlbəttə ki, yox. Bunların hamısı kasıb ailələrin övladları olub. “Pulun varsa, oxuya bilərsən, pulun yoxdursa, oxuya bilməzsən” fikrinin tətbiqi ölkə üçün mütəxəssis hazırlığına amansız zərbə vurub. Təhsil insanları yoxsulluğa sürükləməməlidir. Təhsil insanların rifah halının yaxşılaşdırılmasına xidmət edən əsas vasitəyə çevrilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində pulsuzluq təhsil almağın qabağını kəsmir. ABŞ elminin qüdrəti istedadlı şəxslərə elmin və təhsilin qapılarını açıq qoymaqla güclənib. Boloniya razılaşmasının  üzvü olan ölkələrin əksəriyyətində tələbələrə uzun müddətli aşağı faizli kreditlər verilir. Buna əməl edən ölkələr gələcəyini düşünən ölkələrdir. İndi təsəvvür edin, kasıb ailənin övladı Tibb Universitetinə daxil olub. Təhsil haqqı 3000 manatdır. Təhsil haqlarının ödənilməsi də valideynlərin məzuniyyət vaxtına təsadüf edir. Belə çıxır ki, kasıblar övladlarının təhsili üçün evlərini satmalıdır? Bəs tələbənin geyimi, yol xərcləri, qidalanması və s. necə olsun? Tələbə valideynlərinin düşdüyü vəziyyətə görə daim narahatçılıqmı keçirməlidir? Buna görə də valideynlərə təhsil haqqının ödənilməsində güzəştlər edilməlidir. Tələbələr 1-ci ildə təhsil haqqının yarısını, yaxud 30 faizini ödəsə, ali məktəb müflisləşməz”. E.Əliyev bildirdi ki, universitetlər tələbə gəlirlərinə göz dikməməlidirlər: “Ali təhsil müəssisələri vəsait qazanmağın yollarını axtarmalıdır. Onsuz da ali məktəblər semestr boyu ödəniş etməyən tələbəni xaric edirlər. Dövlət sifarişinin yerlərinin artırılması daha yüksək bal toplayanların ali məktəblərə daxil olmasına şərait yarada bilər. Məncə, hökumət qanadlarını daha geniş açıb təhsili himayə etməlidir. Əhalinin gəlirlərinin aşağı düşdüyü bir şəraitdə təhsil haqlarını bu cür sabit saxlamaq olmaz. Builki tələbə qəbulunun nəticələri onu göstərdi ki, yüksək təhsil haqları ilə ali məktəbin plan yerlərini doldurmaq mümkün deyil. Gələcəkdə bunun təkrarlanmaması üçün ali məktəb rəhbərləri papaqlarını qarşılarına qoyub düşünməlidirlər”.Sabiq təhsil naziri Firudin Cəlilov bildirdi ki, dövlət ali təhsil müəssisələrinə təhsil haqqını hissə-hissə almaq göstərişi verilməlidir: “İnsanların maddi imkanını nəzərə almaq lazımdır. Əlbəttə ki, özəl ali təhsil müəssisələrinə bunu diktə etmək olmaz. Amma dövlət ali təhsil müəssisələrinə göstəriş vermək olar ki, 1-ci kursda da təhsil haqqını hissə-hissə alın. Burada çətin heç nə yoxdur. Bu, tələbə kreditləri məsələsini də gündəmə gətirir. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də reallaşdırılmır. Çünki oxumaq havayı deyil. Oxumaq üçün pul ödəmək lazımdır. Bunu da ya dövlət ödəməlidir, ya da tələbənin valideyni. Özəl ali təhsil müəssislərində valideynlərin özləri ödəyir. Amma dövlət hesabına olan universitetlərdə bunu valideyn ödəməməlidir. Tələbə krediti olarsa, tələbə təhsil haqqını ödəyər, sonra da bir neçə il işləyib o pulu geri qaytarar”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler