Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsil ekspertinden prezidentin tehsille bağlı serencamına ilginc şerh…

03 Ağustos 2016

7:48 pm


03/08/2016 [23:44]: xeber –
Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev prezident İlham Əliyevin son illər təhsil sisteminin ən qalmaqallı mövzusuna çevrilmiş “ilin ən yaxşı müəllimi” və “ilin ən yaxşı təhsil müəssisəsi” haqqında sərəncamın ləğvi haqqında imzaladığı bu günki sərəncamı sayt saytına şərh edib:”Fikrimcə Prezidentin bu sərəncamı təhsillə bağlı imzalanmış digər sərəncamlar kimi mühüm əhəmiyyət kəsb edir. Bu sərəncam təhsildə inkişafa və innovasiyaların tətbiqinə şərait yaradacaq. “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam yalnız orta təhsili əhatə edirdi. Artıq ilin xeyli sayda yaxşı məktəbi və müəllimi müəyyənləşdirilib. Yaxşı məktəblər və yaxşı müəllimlər öz yollarını davam etdirməlidirlər. Azərbaycan təhsil sisteminin inkişafı və innovasiyaların tətbiqi üçün qrant layihələrinə böyük ehtiyac var. Lakin maliyyə çatışmazlığı ucbatından son illər qrant müasabiqələrinin sayı azalıb və elan edilən layihələr kiçik qrantlar adı ilə gerçəkləşdirilib. Təcrübə göstərir ki, qrant layihələri vətəndaş cəmiyyətinin güclənməsi üçün mühüm vasitədir. Məktəblərin, müəllimlərin, universitetlərin qrant layihələrində iştirakı vacib məsələlərdən biridir. Bunun özü də rəqabət mühitinin formalaşması üçün əhəmiyyətlidir. Sərəncamda həmçinin vəsaitlərin verilmə prosedurlarının, monitorinqin aparılmasının, hesabat və qiymətləndirmə üzrə tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bütün bunlar qrant vəsaitlərinin səmərəli xərclənməsinə yönəlik tədbirlərdir. Qeyd edim ki, sərəncamdan öncə Təhsil Nazirliyinin elan etdiyi qrant layihələrində layihələrin qiymətləndirilməsi və şəffaflığın təmin olunması üçün xeyli işlər görülüb.Sərancamda irəli gələn məsələlərin həlli həm də qrant layihələrinin səmərəli işlənməsi üçün sistemli fəaliyyət formalaşdıracaq. Sərəncam qeyri – hökumət təşkilatlarının, təhsil ekspertlərinin, təhsil müəssisələrinin qrant layihələrində iştirakına yeni üfüqlər açır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler