Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsil eksperti rektoru heqiqetleri tehrif etmekde suçladı

05 Eylül 2016

1:56 pm


05/09/2016 [17:52]: xeber –
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın bu gün verdiyi müsahibə cəmiyyətdə geniş rezonans doğurub. Belə ki, rektor nazirin ona xəbərdarlığına emosional münasibət bildirib. O nazirin qərarı ilə razılaşmayaraq, gördüyü işləri rəqəmlərlə diqqətə çatdırmağa çalışıb. Universitetin binasında aparılan təmir işlərindən tutmuş, kadr islahatlarına qədər bir çox mətləbə toxunan N.Əliyeva açıqladığı rəqəmlərdən çox, kəskin cavabları, sərt yanaşma tərzi ilə diqqəti cəlb edib.sayt müsahibəyə təhsil eksperti Etibar Əliyevin mövqeyini öyrənib.Etibar Əliyev müsahibədəki bir neçə epizoda toxunub. O, rektorun açıqladığı rəqəmlərlə razılaşmayaraq bildirib ki, qeyd olunan göstəricilər təhrif olunub:”Nurlana xanım və qudası Hadı Rəcəbli müsahibələrində cəmiyyəti çaşdıran rəqəmlər göstərirlər. Mən bunu Təhsil eksperti kimi məqbul saymıram. Məsələn Nurlana xanımın son müsahibəsindən əvvəl Hadı Rəcəbli deyib: “Bu il Slavyan Universitetinə qəbul olunanların sayında ötən illə müqayisədə 10 faiz artım var. Universitetin yeni rektorunun imici də buna təsir edib. Nurlana Əliyeva Sabir adına Kollecə də rəhbərlik edəndə ora maraq yüksək idi. O vaxt deyilirdi ki, o texnikum təkcə peşə öyrətmir, həm də gəlin hazırlayır”. Nurlana Əliyeva: “Bu ilki qəbul 12 il ərzində bu universitetdə heç vaxt olmayıb. Niyə? Ona görə ki mən 4 kanalda universitetin reklamını vermişəm. O saat da öz təsirini göstərdi”.Birincisi 4 kanalda təbliğat heç bir abituriyentin fikrini dəyişə bilməz. Bu ali məktəbi abituriyentlərin böyük kəsiminin seçməsinin əsas səbəblərindən biri təhsil haqlarının endirilməsi ilə bağlı olub. Yəni 2500 manat təhsil haqqı müəyyənləşdirilmiş ixtisaslar 1500 manata, 1800 manatlıq ixtisaslar isə 1200 manata endirilib. Bu isə keçmiş rektor, gözəl alim Asif Hacıyevin uzaqgörənliyi hesabına olub. İkincisi bu ali məktəbə daxil olanlar ötən illərə nisbətən daha az bal toplayıblar. Məsələn ötən il Azərbaycan dili və ədəbiyyatı ixtisasına keçid balı 422 idisə, bu il 402, Xarici dil müəllimliyi – ötən rus dili 294 idisə, bu il 277, Alman dili ötən il 292 idisə, bu il 279, fransız dili 284 idisə, bu il 277, Filologiya azərbaycan ədəbiyyatı 415, idisə bu il 340, Filologiya ingilis ədəbiyyatı ötən il 38 8 idisə bu il 354, Tərcümə ingilis dili ötən il 465idisə, bu il 414, Tərcümə polyak dili ötən il 281 idisə, bu il 268 olub. Bunu nəyi artım oldu, hörmətli qudalar! Cəmiyyəti niyə çaşdırırsınz?Nurlana xanımın müsahibə boyu leksikonu onun rektor kimi nüfuzuna mənfi təsir göstərir. İstənilən rəhbər işçinin yanında ağıllı məsləhətçilər olmalıdır. Özündən razı adamlar isə belə şeyləri qəbul etmirlər. Məsələn o, deyir:“Mən Azərbaycan Pedaqoji Kollecində 26 il direktor işləmişəm. Hələ yetkinlik yaşına çatmamış bizim qızlarımız göbəyini açıb bayırda qoyurdu. Hər insanın geyim tərzi olmalıdır, yerinə görə. Sən bu koftanla dram teatrının tamaşasına baxmağa gedərsən? Məncə bu ifadələr rektora yaraşan ifadələr deyil. Belə gəlin hazırlamazlar…Onun bu “kəlamı” isə adamın canına qorxu salır. “Çünki sən təhqir edəndə başa düşmürsən ki, bu Nurlana xanımın bəlkə evində gəlinləri, övladları, azman-azman kişiləri var”.Mən də qorxdum…”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler