Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tehsil boş şeydir, qız ere geder, uşaq böyüder, ev qayğıları çeker…”

02 Kasım 2016
1:52 pm


02/11/2016 [17:51]: xeber –
XXI əsrdə, yəni ən müasir, elmin-texnikanın yüksələn xətlə inkişaf etdiyi bir dövrdə müasir bir dövrdə yaşayırıq. Texnikayla bərabər düşüncələrimiz də, özümüz də inkişaf edirik, yaşamaq, təhsil almaq kimi hüquqlarımızın olduğunu dərk edirik, azadlıq, müstəqillik, müasirlik tələb edirik. Təəssüflər olsun ki, ilin-günün bu çağında hələ də inkişaf etməyən, etmək istəməyən, cahil düşüncələrlə yaşayan insanlar da var. Özləri ilə bərabər geridəqalmış, lazımsız adət-ənənələri yaşadan cahil insanlar. Ən acınacaqlısı odur ki, belə insanlar inkişaf etməkdənsə cahilliyi böyütdüyü nəslə də zor-xoş qəbul etdirməyə çalışırlar. Hətta gənc nəsli cahilliyin qurbanlarına belə çevirməkdən çəkinmirlər, usanmırlar. Acınacaqlı olsa da etiraf etməliyik ki, hələ də öz övladlarını təzyiq altında saxlayan, təhsildən yayındıran, erkən nikahlara məcbur edən insanlar bu günkü cəmiyyətimizdə, bizlərin arasında da var. Əsrin, zamanın hansı çağından asılı olmayaraq belələri hələ də mövcuddur.  Ən qəribəsi və faciəvi olanı odur ki, belələri öz əməllərinə ciddi cəhdlə bəraət qazandırırlar. Öz aləmlərində övladlarına xoşbəxt həyat bəxş etdiklərini düşünürlər. Anlamaq istəmirlər ki, hələ həyatın, ailənin nə demək olduğunu dərk etməyən qızın ailə qurması yolverilməzdir. Hələ uşaq olan qızcığaz ərə yox, öz arzularının, xəyallarının arxasıyca getməlidir. Erkən yaşda məcburən ərə verilən qızcığazların kim bilir ürəyində nə qədər arzuları puç olur və yaxud da gələcəyin hansısa mütəxəssisi məhv edilir. Erkən yaşda ərə verilən qızlar özləri üçün deyil, başqaları üçün yaşamağa məhkum olunurlar. Öz hüquqlarını bilmədən həyatın onsuz da ağır olan yükünü zərif çiyinlərində daşımağa məcbur edilirlər.  Uşaq ola-ola uşaq dünyaya gətirirlər aruzları ürəklərində puç olmuş qızcığazlar. Və bundan sonra da özlərinin yaşaya bilmədikləri həyatı övladlarına vermək arzusuyla təsəlli tapırlar.  Bu təsəlliylə də həyatın bütün çətinliklərinə göz yumaraq dözürlər. Yaxın keçmişdə ailəmizlə birlikdə bir evə qonaq getmişdik. Evin sahibəsi erkən nikahın qurbanı olmuş  24 yaşlı bir “xanım” idi. O qadının yaşadığı həyat hafizəmdə heç zaman silinməyəcək bir iz qoydu. 17 yaşında ərə verilmiş bu qadının evinə bizi atası dəvət etmişdi. Atası o düşüncədəydi ki, qız uşağı nə qədər tez ailə qursa, bir o qədər yaxşıdır. Atası israr edirdi ki, təhsil boş şeydir, qadın ərə gedər, uşaq böyüdər, ev qayğıları ilə məşğul olar. Sanki qadın bu dünyaya elə onun dediyi kimi yük çəkmək, qulluq etmək üçün gəlib… Kim bilir, bəlkə də o ata ərə vermələ öz qızını xoşbəxt görmək istəyirdi. Ancaq əminəm ki, belə deyil, çünki ərə getmək xoşbəxtlik demək deyil hələ. O ata sadəcə öz rahatlığı üçün qızına bu həyatı rəva görmüşdü. Çünki “Bilim ki, qızımın ailəsi, evi, isti ocağı var və mən də rahat olum” deməklə kifayətlənirdir. Bu sözlərin sətiraltı mənasında sanki qadın oxuyarsa, təhsil alarsa, faciə baş verərmiş düşüncəsi gizlənirdi. 17 yaşında təhsil almadan, özünün tanımadığı, sadəcə atasının tanıdığı birinə ərə verilmişdi bu qadın. Evinin olmasına baxmayaraq həyatı düzənliklərdə, çadırlarda keçir. Özüylə bərabər övladlarını da gəzdikləri düzənliklərdəki çadırlarda böyüdür. Həmyaşıdım olmasına baxmayaraq sanki  dünyanın bütün yükü gözlərinə, üzünə hopub. Həyatın ancaq mal-heyvadan, şor-pendir hazırlamaqdan, təndirdə çörək bişirməkdən ibarət olduğunu düşünür. Hər kəsin gözündə də sadiq, fədakar bir qadındır. Bəli, fədakardır! Ancaq öz həyatını, təhsilini, hüquqlarını fəda etmiş bir qadındır! Üzü gülümsəsə də, bizi sevinclə qarşılasa da qadının gözlərində xoşbəxtlikdən əsər-əlamət görə bilmədim. O sadəcə insanların, övladlarının qarşısında məğrur görünməyə məcbur idi. Əlləri cadar-cadar olsa da, saçları baxımsızlıqdan pis görünsə də təbəssümünü əskik etmirdi. O qadını tanıyandan sonra bir müddət özümə gələ bilməmişdim. Cahillik səbəbindən erkən nikahın qurbanı olmuş həmyaşıdımın həyatı məhv etmişdi məni. Özümü onun yerinə qoyduqca dəhşətə gəlirdim. Gözyaşlarımı görməsin deyə gözlərimi ondan gizləməyə çalışırdım. Qızına bu həyatı rəva görən “ata”ya isə bütün varlığımla nifrət edirdim. “Qızı düzənliklərdə çadır həyatı yaşan o “ata”, ata deməyə belə dilim gəlmir, öz isti evində necə rahat yaşayır görəsən?”, “Budurmu qızına verdiyi xoşbəxt həyat?” sualları beynimin bir küncünü didirdi. Ata zamanında qızına təhsil versəydi, bəlkə də qızı cəmiyyətdə bir mövqe tuta bilərdi, ən azından öz həyatını özünün seçməsi şansı olardı. Və bu gün atasının arzuladığı kimi həqiqətən də xoşbəxt yaşayardı.  Yazıqlar olsun ki, qonağı olduğum evdə tanıdığım o qadın tək deyil. Bu gün onun kimi yüzlərlə, bəlkə də minlərlə erkən nikahların qurbanı olmuş qızcığazlarımız var. Ancaq bir məsələni də unutmamalıyıq ki, öz həyatımızın 100-də 70%-i öz əlimizdədir, öz taleyimizi özümüz yaza bilərik. Bunun üçün ilk növbədə nə olursa olsun valideynlərimizin bizi təhsildən yayındırmasına imkan verməməliyik. Belə olan halda güvənə biləcəyimiz qanunlarımız, dövlətimiz, dövlət və qeyri-dövlət qurumlarımız var. Onlara sığınaraq təhsil almaq hüququmuzu pozanlara qarşı çıxmalıyıq. Unutmamamlıyıq ki, həyat hər kəsə bir dəfə verilir və o həyatı qaraltmağa heç kimin haqqı çatmır! Güc tapın və təhsil almağınıza qarşı çıxanlardan əsla qorxmayın. Nəyə qadir olduğunumuzu kimlərəsə sübut etmək üçün ilk öncə özünüzə sübut etməyi bacarmalıyıq!Ayşən Quliyeva,ADAU-nun “Muhasibat uçotuvə audit” fakülətsinin IV kurs tələbəsi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler