Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tehran Azerbaycan ve Ermenistanı terezinin eyni gözüne qoya bilmez”

21 Haziran 2016

6:44 am


21/06/2016 [10:41]: xeber –
Son aylarda İranla Ermənistan arasındakı yaxınlaşma Azərbaycan tərəfdə ciddi etirazlarla müşahidə olunur. Xüsusilə hər iki ölkənin qarşılıqlı olaraq viza rejimini aradan qaldırması, hərbi əməkdaşlıqla bağlı bir sıra addımlar atmağa hazırlaşması ictimaiyyətimizdə hiddət doğurub. Dünən məsələ ilə bağlı XİN-in münasibətini öyrənməyə çalışsaq da, mümkün olmadı. Gün ərzində zənglərimizə rəsmi qurumdan cavab verən tapılmadı. İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, rəsmi Tehranın bölgədə maraqlarını həyata keçirmək üçün apardığı fərqli siyasət yaxından izlənilir: “Ermənistan İranın Cənubi Qafqazda möhkəmlənməsi üçün variantlardan biridir. Bu ölkənin Rusiya əleyhinə mövqeyindən bəhrələnməyə çalışan dairələrdən biri də rəsmi Tehrandır. Nəzərə alaq ki, Amerika da uzun illər Qafqazda möhkəmlənmək üçün Azərbaycan və Ermənistanla müxtəlif fərqli əməkdaşlıq siyasəti yürüdüb. Bu baxımdan İranın bölgədə möhkəmlənmək üçün Ermənistan planını ikinci dərəcəli saya bilmərik. Açıq şəkildə görünən odur ki, aprel ayından başlayaraq, İran-Ermənistan əlaqələri yeni mərhələyə qədəm qoyub. Azərbaycanın ərazi bütövlüyünün təminatı Tehranda qıcıq yaradır? Düşünürlər ki, biz gələcəkdə yeni-yeni iddialaramı düşə bilərik? Azərbaycana təsir göstərmək o zaman çətin olar? İyunun 5-6-da Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın İrana səfəri başladı və onu ən mühüm ölkənin təmsilçisi kimi qəbul etdilər. Media bunu xarici aləmə daha çox qabartdı. Ermənistanın İran üçün xüsusi çəkisi olmasa da, Həsən Ruhani bəlkə də yeganə prezidentdir ki, Sərkisyana salam göndərir, Ermənistana səfər planlaşdırır, viza rejimini aradan qaldırır. Azərbaycanın bölgədə vəziyyəti dəyişdiyini görən İran sürətli addımlar atmağa başlayıb”.Deputat mövcud vəziyyətdə Azərbaycanın atmalı olduğu addımlardan da danışdı: “Biz İranın bölgədə və dünyadakı rolunu yaxşı təhlil edə bilirik. Biz tərəfdən bu ölkə ilə münasibətləri pisləşdirmək üçün heç bir istək yoxdur. Əksinə, ölkə başçısı Avropa və Amerikanın illər öncə İrana qarşı basqısını neytrallaşdıra bildi. Amma indi sanki rəsmi Tehran Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasında iştirak edir. İslam ölkəsi kimi çıxış edərək, Fələstin məsələsinə görə İsraili dünyada düşmən ölkə elan edən İran Qarabağ məsələsində bu mövqedən çıxış etmir. Amma biz din altında qərar verilməsinin əleyhinəyik. Azərbaycan İrana qarşı səlib yürüşlərində yenə də iştirak etmir, Cənubi Azərbaycan məsələsini əsas siyasi xətt kimi irəli sürmür. Amma İran da düşünməsin ki, sonsuza qədər onların mövqelərini qəbul edəcəyik. Siyasi dairələrimiz İrana mesajlarını çatdırmaqdadırlar. Ümidvaram ki, bunlar nəticə verəcək. Həsən Ruhaninin İrəvana getməsi ölkənin vəziyyətini dəyişəsi deyil. Amma İran Azərbaycan və Ermənistanı tərəzinin eyni gözünə qoya bilməz. Tezliklə münasibətlərin düzələcəyinə əminəm”. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa İranın Ermənistanla əlaqələrini möhkəmləndirməsinin İslam ənənələrinə zidd olduğunu bildirdi: “İrana biz ağıl öyrədə, hansısa ölkə ilə əməkdaşlıq etməməsi üçün nəsə deyə bilmərik. Amma Ermənistanla əməkdaşlıq edirsə, bu, artıq etik cəhətdən İslam prinsiplərinə uyğun gəlməmək baxımından qiymətləndirilə bilər. Çalışmalıyıq ki, Tehranın Ermənistanla münasibətləri bizə qarşı təhdidə çevrilməsin. İran düşmən ölkəyə dəstək verən dövlətdir. Yeganə müsəlman ölkəsidir ki, Ermənistanda səfirliyini açıb. İslam dəyərləri baxımından atılan addım heç bir məntiqə sığmır. Amma bütün hallarda biz İran ictimaiyyətinin məsələyə olan həssaslığına diqqət yönəltməliyik. İslamdan yekə-yekə danışan, başqa ölkələri İslam dininə əməl etməməkdə suçlayan bir ölkənin bu dəyərlərə qarşı çıxış etməsi, soyqırım törədən bir dövlətin yanında olması yanlış siyasətdir. İran bu gün erməni zülmünə şərik olan bir ölkə kimi çıxış edir. İradımızı bildirməliyik”.Deputat hər iki ölkə arasında viza rejiminin aradan qaldırılması ilə bağlı Azərbaycanın mövqeyinin necə olmasına da aydınlıq gətirdi: “Azərbaycan İran və Ermənistana görə vizanı qaldırmamalıdır, bunu özünə görə etməlidir. İran üzərindən viza götürülməlidir. Naxçıvanın blokadadan çıxması, əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün bu çox vacibdir. Bir çox məsələlər var ki, həllinin çox böyük əhəmiyyəti var. Təəssüflər olsun ki, bu məsələlərdə həssaslıq göstərmirik. Buna borclu olsaq da”.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler